Udi Meridor, Baş İnnovasiya Mütəxəssisi, City Transformer: “Yüngülçəkili və batareya ölçüsünün kiçik olduğundan, onu evdəki elektrik yuvasına birləşdirərək, yükləmək olar. Bununla da xüsusi enerji doldurma stansiyasına getməyə vaxt itirmirsən.”
Kiçik avtomobillər bazarına daxil olan və demək olar ki, hər yerdə park edilə bilən yeni modellərdən sonuncusu İsraildən gəlir.
Bu cür avtomobillə onu saxlamaq üçür yer axtarmağa ehtiyac qalmayacaq. Eninin daralması ilə bu maşın motosiklet qədər yer tutur. Onun 1.5 metr enində olan və sıxıla bilməyən Smart Fortwo kimi avtomobillə müqayisə edin.
Bu startap ideyasının arxasında City Transformer şirkəti dayanır. Onlar bildirirlər ki, bir ildən sonra satışa çıxarılacaq avtomobilin qiyməti 13,000 dollar olacaq. Müqayisə üçün deyək ki, yeni Smart avtomobilinin qiyməti 20,000 dollardır.
Asaf Farmoza, City Transformer: “Biz çox dəyərli vaxtınızı tıxaclarda və parkinq yeri axtarmaqda itiririk. Ona görə də biz bu ideya ilə çıxış etmək qərarı verdik və hər şeyi sıfırdan yığdıq. Bu, nəqliyyatın gələcəyidir.”
Elektrik avtomobilləri üçün qlobal bazar sürətlə genişlənir, amma kompakt maşınlara olan tələb nisbətən zəifdir. Xüsusilə də Şimali Amerikada. Bu maşının isə özünə harada yer tapacağını görmək çox maraqlı