Accessibility links

Andrye Parker Rusiyanın təhlükəsi barədə danışıb


Britaniyanın kəşfiyyat agentliyinin rəhbəri bu gün Berlində nitq söyləyib. M15 təşkilatının rəhbəri kimi bu, Andrye Parkerin xarici ölkədə nadir çışıxlarından biridir.

Avropa ölkələrindən həmkarları qarşısında Parker Rusiyanın təhlükəsi barədə danışıb.

Almaniyanın BfV kəşfiyyat xidmətinin toplantısında çıxış edən Parker deyib ki, martda rusiyalı keçmiş casus Sergey Skripal və qızı Yuliyanın sinir qazı ilə zəhərlənməsi Britaniya torpağında “məqsədli və hədəfli, məkrli fəaliyyət” idi və Moskva bir daha “beynəlxalq qaydaları pozmuş” olub.

London Skripal-ların zəhərlənməsinə görə Moskvanı günahlandırıb. Keçmiş agent Skripal MI6-nın informatoruna çevrilmişdi.

Skripallar İngiltərənin Solsberi şəhərində huşsuz tapılmışdılar. Moskva isə bu hücumun arxasında durmadığını deyib.

Parker həmin hücumdan sonra Rusiyanın apardığı “dezinformasiya kampaniyası”nı da pisləyib. O, “yalanlar, yarımhəqiqətlər dumanına işıq salmağa” ehtiyac olduğunu vurğulayıb.

66 yaşlı Skripal hələ də xəstəxanadadır. Qızı, 33 yaşlı Yulia isə xəstəxanadan buraxılıb.

Parker beynəlxalq ictimaiyyətə insidentə birgə reaksiya verdiyi üçün təşəkkür edib. O zaman 28 Avropa ölkəsindən 18-i rusiyalı diplomatları qovmaqla Britaniyanı dəstəkləyib.

MI5 rəhbəri onu da deyib ki, Rusiyanın Ukraynanın Krım regionunu işğal və ilhaq etməsi, eləcə də Qərbdə seçkilərə müdaxiləsi qəbuledilməzdir.

Parker Britaniya Avropa Birliyindən çıxandan (Brexit) sonra da təhlükəsizlik əlaqələrinin saxlanmasının vacibliyini vurğulayıb, xəbərdarlıq edib ki, Avropaya güclü terror təhlükəsi var.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Ukraynaya qarşı yeni dron hücumları həyata keçirib
please wait

No media source currently available

0:00 0:11:56 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynada müharibə və Çin-Rusiya danışıqları.
please wait

No media source currently available

0:00 0:30:03 0:00
XS
SM
MD
LG