Accessibility links

Həkim məsləhəti: Parkinson xəstələri idmanla məşğul olmalıdır [Video]


İdman Parkinson xəstələrinə kömək edir
please wait

No media source currently available

0:00 0:02:38 0:00

Dünya boyu 6 milyondan çox insanın tutulduğu Parkinson xəstəliyi mərkəzi sinir sistemini zədələyərək, hərəkəti çətinləşdirir. Zaman keçdikcə isə titrəmə halları artır və insanın vəziyyəti ağırlaşır. Bu xəstəliyin müalicəsi yoxdur. Dərmanlar və bəzən də cərahiyyə əməliyyatları xəstənin vəziyyətini az da olsa yüngülləşdirir. Lakin bu xəstəliyin yüngülləşməsi üçün daha bir müalicə yolu var - idman, özü də intensiv idman.

Bu degenerativ xəstəlik pis nəticələr verə bilir. Lakin mən bununla mübarizə aparıram və qalib gəlirəm. Mən bilirəm, mübarizəni nə qədər davam etdirsəm o qədər qalib gələcəyəm.

Buradakı insanların hamısı Parkinson xəstəliyindən əzab çəkir. Bu, dəhşətli xəstəlik əsəb sistemini zədələyərək, hərəkəti çətinləşdirsə də, Parkinson xəstələrinin çoxu idmanla məşğul olmaq istəmir. Qari Sobel 4 il əvvəl belə xəstələrdən biri idi. “İş o yerə çatmışdı ki, mən yardımsız çarpayımdan dura bilmirdim. Mən artıq gəzə bilmirdim, gəzəndə yıxılırdım. Maşın sürə bilmirdim, çünki reflekslərim çox zəif idi. Mən artıq özümə güvənə bilmirdim, çox zəif hərəkət edirdim.”

Sobel Parkinson xəstəliyi üçün dərmanları az miqdarda qəbul etməyə və idmanla çox məşğul olmağa başlayır. Baxmayaraq ki, həkmlər bunları etməyə ona 2008-ci ildə demişdilər. “Diqanoz qoyulanda mənə demişdlər ki, tərləməyim. Heç nə etməyim.”

İdmanın onun hərəkət etməsinə yardım etdiyini görən Sobel, əzələlərini bərkitmək və balansını saxlamaq üzərində işləməyə qərar verir və bunu edir.

Belə nailiyyətlər Kolorado Universitetinin yardımı ilə əldə edilib. Universitetdən Hiter En hərəkətdəki problemlər üzrə mütəxəssisdir. “İdman Parkinson xəstəliyinin fəsadlarının aradan qaldırılması üçün başlıca amil kimi qiymətləndirilir. Belə hesab edilir ki, bu, insanların əlilliyə keçməsini yavaşıda bilər.”

“Bu degenerativ xəstəlik pis nəticələr verə bilir. Lakin mən bununla mübarizə aparıram və qalib gəlirəm. Mən bilirəm, mübarizəni nə qədər davam etdirsəm o qədər qalib gələcəyəm” deyə, Sobel bildirir.

Bu nailiyyətlərin tərkib issəsi olaraq, Sobel Birləşmiş Ştatlar boyu 100-dən çox istruktura bu metodlar barədə təlim keçib.

XS
SM
MD
LG