Accessibility links

Göz müayinəsilə Parkinson xəstəliyini müəyyən etmək olacaq [Video]


Göz müayinəsilə Parkinson xəstəliyini müəyyən etmək olacaq
please wait

No media source currently available

0:00 0:02:12 0:00

Parkinson xəstəliyi insanlarda gec müəyyən olunduğu üçün müalicəsi effektiv olmur. Lakin yeni göz müayinəsi sayəsində bu xəstəliyi erkən müəyyən etmək mümükün olacaq.

Degenerativ vəziyyət əzələ sərtliyinə, yavaş hərəkətə və titrəməyə səbəb olur. İnsanların çoxu illərlə bu xəstəliyin onlarda olduğunu bilmir. Çünki xəstəlik tədriciən beyində əsəb hüceyrələrinə zərər verərək mərkəzi əsəb sisteminə təsir edir.

Hazırda bu vəziyyətə diaqnoz qoyacaq müayinə və ya beyin rentgeni cihazi yoxdur.

Yeni təsviri texnikadan istifadə edərək göz müayinəsi insanların retinasındakı dəyişikliyə nəzər salır. Bu metod London Oftolmologiya İnstitutunun tədqiqatçıları tərəfindən kəşf edilib.

İlk olaraq, alimlər siçana Parkinson xəstəliyinə səbəb olacaq kimyəvi maddə vurublar. Onlar retinadakı dəyişikliyi görəndə əsəb hüceyrələrinə və bu xəstəliyin müalicəsinə kömək edəcək diabetə qarşı dərmanla siçanı müalicə ediblər.

Dr. Eduardo Normando: “Bu siçanlara Rosiqlitazone vurulduğunda, Rosiqlitazonun bu modeldə ilk əvvəl gözdə və daha sonra beyində xilas etmə effektinin şahidi oluruq.”

İnsanların nə üçün Parkinson xəstəliyinə tutulduğu məlum deyil. Dünyada təxminlərə görə hər 500 nəfərdən birində bu xəstəlik müşahidə edilir Boksçu Məhəmməd Əli də bunlardan biridir. Retinada Parkinsonu müəyyən etmək ilk əvvəl çox çətin tətbiq idi.

Dr. Franseska Kordeiro: “Bu təxmindən sonra həmin insan üzərində ikinci müayinə aparılır və onda Parkinsonun olub-olmadığına qərar verilir. Daha sonra siz bu diaqnoza nəzarət edirsiz. Xəstəliyin necə sürətlə inkişaf etdiyi üçün deyil, Əslində xəstəliyin düzgün müalicə olduğuna nəzarət etmək üçün.”

İnsanlar üzərində Parkinson göz müayinəsinə tezliklə başlanılması planlaşdırılır.

Dr. Franseska Kordeiro: “Əgər siz beyində bu təsirləri görməmişdən əvvəl retinada görsəz, bu zaman müalicəni qısalda və bundan müalicənin müvəffəqiyyətlə başa çatmasında istifadə edə bilərsiz. Lakin uzun müddətdə düşündüyümüzdə bizim məqsədimiz insanların Parkinson xəstəliyinin səbəbləri ehtimalını görməkdir.”

Bu isə xəstəliyin daha yaxşı müalicəsinə yardım edə bilər.

XS
SM
MD
LG