Accessibility links

Parlament seçkiləri Ukraynanı yol ayrıcına qoyur


Cəmi ay yarım öncə ukraynalılar populyar şouda prezident rolunu oyanayan şəxsi özlərinə rəhbər seçərək dünyanın diqqətini cəlb etdilər.

Bu həftəsonu vətəndaşlar daha az diqqət cəlb edən, lakin digər mühüm seçkidə səs verəcəklər.

Verxona Rada daxili və xarici siyasətdən tutmuş büdcə və nazir təyinatlarınadək bir çox məsələlər üzərində nəzarətə malikdir.

Onların verəcəkləri səs ölkənin ərazi suverenliyi və gələcək siyasi istiqamətinin müəyyən edilməsinə həmiyyətli rol oynaya bilər.

Ukraynanın parlament-prezident idarə üsulu o deməkdir ki, qanunverici orqan Verxona Rada daxili və xarici siyasətdən tutmuş büdcə məsələlərinə və nazir təyinatlarınadək bir çox məsələlər üzərində nəzarətə malikdir.

Hərçənd ki, Ukrayna konstitutsiayası Prezident Volodımir Zelenskiyə xarici işlər və müdafiə nazirlərini seçmək səlahiyyəti verir, baş naziri Rada təklif edir. Qanunverici orqan tərəfindən təsdiq olunduqdan sonra baş nazir digər nazirləri müəyyən edir.

Prezident Volodımir Zelenskiy ölkənin Zaporojye regionuna səfərdə. 18 iyul, 2019.
Prezident Volodımir Zelenskiy ölkənin Zaporojye regionuna səfərdə. 18 iyul, 2019.

Son rəy sorğularına əsasən, azı beş partiyanın Radada yer tutmaq üçün tələb olunan 5 faizlik baryeri aşmaq ehtimalı var.

Ön yerdə Zelenkiyin rəhbəri olduğu Xalqın Qulluqçusu Partiyası gedir. Bu partiyanın 41-52 faiz arasında səs toplayacağı güman edilir.

XS
SM
MD
LG