Accessibility links

Parlament seçkilərinin nəticələrinin etibarsız sayılması tələbi ilə keçirilən aclıq aksiyası davam etdirilir


Parlament seçkilərinin nəticələrinin etibarsız sayılması tələbi ilə keçirilən aclıq aksiyası davam etdirilir
please wait

No media source currently available

0:00 0:03:36 0:00

Parlament seçkilərinin nəticələrinin etibarsız sayılması tələbi ilə keçirilən aclıq aksiyası davam etdirilir.

Aclıq aksiyası Müsavat Partiyasından deputatlığa namizəd Elman Quliyev tərəfindən fevralın 27-də başlanıb.

Elman Quliyev Amerikanın Səsinə hazırda aksiyaya qoşulmaq istəyənlərin olduğunu bildirib. O deyib ki, Konstitusiya Məhkəməsi seçkilərin nəticələrinə baxanadək aclığı davam etdirmək fikrindədir.

Fevralın 28-də aksiyaya Müsavat Partiyasından başqa bir deputatlığa namizəd Elşad İsrafilov da qoşulub.

Bu gün aksiya keçirən deputatlığa namizədlərə öz dəstəyini bildirmək istəyən bir sıra ictmai siyasi fəallar onların ziyarətinə gəlib. Aksiyaya dəstək verənlər sırasında Müsavat Partiyasının keçmiş başqanı İsa Qəmbər də var.

Bu il fevralın 9-da Azərbaycanda növbədənkənar parlament seçkiləri keçirilib. MSK artıq seçkilərə yekun vuraraq nəticələrin təsdiqlənməsi üçün Konstitusiya Məhkəməsinə təqdim edib. MSK-nin nəticələrinə görə, seçki dairələrinin yarıdan çoxunda hakim Yeni Azərbaycan Partiyasının (YAP) üzvləri liderlik edir.

Fevralın 10-da ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun müşahidə missiyası bildirib ki, Azərbaycanda seçkilər demokratik mühitdə keçirilməyib, həqiqi rəqabət və seçim olmayıb.

MSK şikayətlərin araşdırılması nəticəsində 4 seçki dairəsində səsvermənin nəticələrini etibarsız sayıb. Bununla yanaşı çoxsaylı müxalif və müstəqil deputatlığa namizədlər MSK-nin səsvermənin bütövlükdə nəticələrini etibarsız sayması üçün yetərincıə qanun pozuntularının olduğunu iddia edir.

XS
SM
MD
LG