Accessibility links

Azərbaycanın Avropa Şurasında qalıb-qalmaması məsələsi müzakirə oluna bilər


Milli Məclisin sədri Oqtay Əsədov
Milli Məclisin sədri Oqtay Əsədov

Milli Məclisin sədri Oqtay Əsədov müxalifətçi İlqar Məmmədovun işi ilə bağlı Strasburq məhkəməsinin qərarının icra edilməməsinə görə Avropa İnsan Hüquqları Konvensiyasının 46-cı maddəsinin tətbiqinin mümkünlüyünə münasibətini bildirib.

Oktyabrın 20-də parlamentin iclasında o deyib ki, Avropa İnsan Hüquqları Məhkəməsinin 10 mindən çox qərarı yerinə yetirilmir.

Elə bil lotereya oynayırlar, o qədər ölkənin içindən hədəf kimi Azərbaycanı seçirlər.

"Ancaq Azərbaycan bu qərarların hamısını icra edir, cərimələri ödəyir. Elə bil lotereya oynayırlar, o qədər ölkənin içindən hədəf kimi Azərbaycanı seçirlər. Məlum maddənin Azərbaycana qarşı tətbiqi qərəzlidir. Əgər bu maddə tətbiq olunarsa biz Avropa Şurasında qalıb-qalmamaq məsələsini müzakirə edəcəyik", O.Əsədov bildirib.

Oktyabrın 25-də AŞ Nazirlər Komitəsi AİHM-in İ.Məmmədovun işi ilə bağlı qərarının Azərbaycan tərəfindən icra olunmaması məsələsinə baxacaq.

Bir ay öncə Komitə xəbərdarlıq edib ki, əgər bu vaxta qədər İ. Məmmədov azadlığa buraxılmasa ölkənin 46 § 1 maddəsi (Avropa məhkəməsinin qərarlarının icra edilməməsi) üzrə öz öhdəliklərini yerinə yetirməməsi məsələsini Avropa məhkəməsinə çıxaracaq.

46-cı maddənin tətbiqinin mahiyyəti ondan ibarətdir ki, Nazirlər Komitəsi AİHM-in qərarlarının icra edilməməsi məsələsini məhkəmənin özünə verir. Əgər sonuncu belə nəticəyə gəlsə ki, qərarın icra edilməməsi halı baş verib və o, hüquqi əsasdan məhrum edilib, ölkənin təşkilat qarşısında öz öhdəliyini yerinə yetirməməsi ilə bağlı müvafiq tədbirlərin görülməsi məqsədilə məsələ baxılmaq üçün yenidən Nazirlər Komitəsinə çıxarılır.

İlqar Məmmədov
İlqar Məmmədov

REAL Hərəkatının lideri İlqar Məmmədov 2013-cü il yanvarın 23-24-də İsmayıllıda baş vermiş hadisələr ilə əlaqədar həbs olunub. İ.Məmmədov asayiş bərpa olunduqdan sonra şəhərə getsə də, onu kütləvi iğtişaşların təşkilində, polisə müqavimət göstərməkdə günahkar bilərək 7 il azadlıqdan məhrum ediblər.

2014-cü ilin mayında AİHM qərara alıb ki, İ.Məmmədovun həbsi və həbsdə saxlanması ilə Avropa İnsan Hüquqları Konvensiyasının bir çox maddəsi pozulub və onun azadlığa buraxılmasını tələb edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG