Accessibility links

Ölkədə baş verən partlayışlarla bağlı cinayət işi qaldırılıb


Qazdan partlayış
Qazdan partlayış

Bu barədə Respublika Baş prokurorluğu açıqlama yayıb

Fevralın 13-də Bakıda baş vermiş partlayışlarla bağlı cinayət işləri qaldırılıb.

Amerikanın Səsinin Baş Prokurorluğun mətbuat xidmətinə istnadən verdiyi məlumata görə “Azadlıq prospekti” metro stansiyasının yaxınlığında tikilən obyektdə baş vermiş partlayış zamanı 4 nəfər xəsarət alıb.

Cinayət məcəlləsinin 314-cü maddəsi (səhlənkarlıq) ilə cinayət işi qaldırılıb.
İlkin olaraq partlayışın qaz sızması nəticəsində baş verdiyi bildirilmişdi.

Bu məlumat nə Fövqəladə Hallar Nazirliyinin, nə də prokurorluq tərəfindən rəsmən təsdiqlənməyib.

LUKoyl şirkətinə məxsus yanacaqdoldurma məntəqəsində baş vermiş partlayış zamanı iki nəfər həlak olub, bir nəfər yaralanıb.

Cinayət məcəlləsinin 162.2 –ci maddəsi üzrə (əməyin mühafizəsi qaydalarının pozulması) cinayət işi qaldırılıb.

Fevralın 13-də Biləsuvarda da partlayış baş verib. Yanacaq sisterni qoşulmuş KAMaz-da qaynaq işləri aparılarkən partlayış baş verib.

Nəticədə bir nəfər həlak olub, bir nəfər yaralanıb. Faktla bağlı istintaq aparılır.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG