Accessibility links

Paşinyan baş nazir oldu


Ermənistan müxalifətinin lideri Nikol Paşinyan mayın 8-də baş nazir seçildi.

Parlamentdə keçirilən səsvermədə 59 deputat onun lehinə, 42 deputat isə əleyhinə səs verib.

Paşinyan parlamentdəki Yelk fraksiyasını təmsil edir.

Ona əsasən, “Yelk” fraksiyası, “Tsarukyan bloku”, “Daşnaksyutun” partiyası və keçmiş hakim “Respublika” partiyasının bir sıra deputatları səs veriblər.

Paşinyan həftələrdir korrupsiya və zəif idarəçiliyə etiraz olaraq keçirilən dinc aksiyalara rəhbərlik edib. Nümayişlər sabiq prezident Serj Sarkisyanın baş nazir təyin edilməsinə etiraz olaraq baş qaldırıb.

Tənqidçilər Sarkisyanı hakimiyyətdə qalmaq üçün konstitusiyanı manipulyasiya etməkdə günahlandırıb.

Paşanyanın təyinatı münasibəti ilə Yerevanın mərkəzi parkına on minlərlə insan toplaşıb.

Amerika İcmalı

Amerika İcmalı - 30 İyul 2021
please wait

No media source currently available

0:00 0:30:18 0:00
XS
SM
MD
LG