Pakistan televiziya kanalları Əfqanıstan sərhədində yerləşən dağılmış ərazilərdə yaşayan və dinc etiraz aksiyaları keçirən pəştunlara qarşı edilən cinayətləri işıqlandırmadığı üçün tənqidlərə məruz qalıb.
Pəştunların Müdafiəsi Hərəkatı tərəfindən ölkənin şimal-qərbində yerləşən Peşəvər şəhərində bazar günü təşkil edilən mitinqə minlərlə insan toplaşıb.
Hərəkatın lideri Mənzur Pəştinin sözlərinə görə, dinc mitinq onların Konstitusiyada qeyd olunan “qorxusuz yaşamaq hüquq”-larının bir parçasıdır.
İştirakçılar illər əvvəl yaşanan hərbi qarşıdurmadan sonra itkin düşən qohumlarının portretlərini nümayiş etdiriblər.
Pəştun etirazçıları deyirlər ki, ölkədəki pəştun qəbiləsinin bütün üzvləri kollektiv şəkildə cəzalandırılır.