Accessibility links

Xristianlar Pasxanı kilsələrdə deyil, evlərində qeyd edir


ABŞ-ın siyasi liderləri amerikalı xristianları koronavirus təhlükəsinə görə Pasxanın keçirildiyi həftə sonu bir araya gəlməmək, dindarlara kilsələrə toplaşmamaq barədə xəbərdarlıq edib. Ölkənin yoluxucu xəstəliklər üzrə yüksək səviyyəli mütəxəssisi isə insanları sosial məsafə qaydalarına əməl etməyə çağırıb.

Milli Allergiya və Yoluxucu Xəstəliklər İnstitutunun direktoru doktor Dr. Antoni Fauçi və digər səhiyyə işçiləri xəstəxanalara koronavirusla gələn və reanimasiyaya yerləşdirilən xəstələrin sayının xüsusən də çətin vəziyyətdə olan Nyu Yorkda azalmasının sosial uzaqlaşma tədbirlərinin nəticə verdiyinə işarə olduğunu deyiblər.

"İndi geri çəkilməyin vaxtı deyil, biz doğru istiqamətdə gedirik" - deyə Fauçi cümə günü CNN-ə verdiyi müsahibədə bildirib.

Bu tədbirlər iqtisadiyyata böyük ziyan vurmaqda davam edir. Bəzi iqtisadçılar aprel ayında 20 milyonadək insanın işini itirəcəyini proqnozlaşdırır. Bu vəziyyətin nə qədər davam edəcəyi ilə bağlı suallar doğur. Tramp administrasiyasının iqtisadiyyat üzrə yüksək səviyyəli rəsmiləri cümə axşamı ABŞ iqtisadiyyatının normal həyata yenidən may ayında başlaya biləcəyinə ümid edir.

"Ümid edirəm çox, çox, çox yaxın bir zamanda işə başlayacağıq" - deyə, ABŞ prezidenti Donald Tramp cümə axşamı Ağ Evdə keçirilən gündəlik koronavirus brifinqində bildirib.

Birləşmiş Ştatlarda bu günə qədər dünyada ən çox, 472 mindən çox insan koronavirusa yoluxub. Təkcə Nyu-York ştatında hər gün 800-ə yaxın insan ölür.

Bu arada isə ölkə əhalisinin 90 faizindən çoxunun evdə qaldığı bir vaxt, insanlar xristian təqvimindəki ən müqəddəs həftə sonu Müqəddəs Cüməyə həsr edilmiş canlı yayımları evdən izləyəcəklər.

Dünyaya Baxış

Dünyaya Baxış. “Meydan TV” jurnalistlərinin saxlanıldığı bildirilir
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG