Accessibility links

Amerikalılar Pasxa bayramını COVID-19 təhlükəsi altında qeyd edir


COVID-19 təhlükəsi altında amerikalılar Pasxa bayramını qeyd edir.

Ağ Ev isə dini icmaları sosial məsafə qaydalarına riayət edilməsinə çağırıb.

Vitse-prezident Mayk Pens bazar günü vətəni İndianadakı kilsədə bayramı qeyd edəcəyini deyib.

“Biz hər bir amerikalını qaydalara əməl etməyə çağırırıq. Koronavirusu arxada qoyub, ölkəmizi yenidən açmağa tələsirik” - deyə, Pens qeyd edib.

ABŞ-da bütün dini icmalari virus şəraitində yeni üsullara əl atılmasına çağırılıb. Bu, ailələrin maşınlarla mərasimlərdən keçməsi, və ya Pasxa yeməklərinin vitual paylaşılması ola bilər.

39 ştatda evdən çıxmamaq göstərişi qüvvədə olsa da, 12 ştatda dini azadlıqların müdafiəsi naminə bəzi mərasimlərə və dini toplaşmalara icazə verilib.

Nyu Meksiko və Florida ştatları mərasimlərin evdən izlənilməsini nəzərdə turur.

Epidemiyalar dövründə dini təsisatların bağlı olmasına baxmayaraq, bəzi qanun pozuntuları qeydə alınıb. Luizianada “evdə qal” gösətirişinə baxmayaraq, kilsələrin birində mərasim təşkil edilib.

Bəzi dini liderlər insanlarla özəl xidmətlər verir.

Bir çoxları kilsələrin hökumətin bağlanması göstərişdən istisna edilməli olmadığını deyir.

Hər 4 nəfərdən 1-i (23%) bildirir ki, dini təsisatlar mərasimlərə açıq olmalıdır. 76% isə hesab edir ki, istisnalara yol verilməməlidir.

ABŞ prezidenti Donald Tramp Pasxa günü açıq hava mərasimlərinə icazə verilə biləcəyini desə də, səhiyyə ekspertləri bunun olduqca riskli olduğunu bildirib.

XS
SM
MD
LG