Accessibility links

2 may - Pravoslavların Pasxa bazarı


Milyonlarla pravoslav xristian Pasxa bazarını qeyd edir, lakin bir çoxlarına COVID pandemiyasını nəzarət altına almaq səyləri çərçivəsində adi ibadət yerləri yerinə Məsihin dirilməsini anma mərasimlərini evlərindən izləmək tövsiyə edilib.

ABŞ-da yerləşən Pew Araşdırma Mərkəzinin bildirdiyinə görə, Amerikada 260 milyondan çox pravoslav xristian var. Bəzi kilsələr boş ibadət yerlərindən canlı xidmətlər yayımlayır, bəziləri isə ibadət edənlər üçün açıq məkanlar təklif edir.

İsraildə yüzlərlə pravoslav xristian Qüdsdəki Müqəddəs Məzar Kilsəsinə toplaşıb. Bu kilsə İsa peyğəmbərin çarmıxa çəkilməsi və dirilməsinin yeri hesab edilib.

Reuters-in bildirdiyinə görə, ölkədə koronavirus məhdudiyyətləri yumşaldıldığına görə builki bayrama keçən ildəkindən daha çox insan toplaşıb.

AzadlıqRadiosu xəbər verir ki, Rusiyada Moskvanın Xilaskar İsa Katedralında bir çox ibadətçi maska taxaraq kütləyə qatılıb, ancaq Prezident Vladimir Putin mərasimə maskasız gedib.

Patriarx Kirill pandemiyanın tezliklə sona çatacağına ümid etdiyini bildirib.

"Bu Pasxa xüsusi bayramıdır və onun xüsusi təbiəti pandemiyanın bizə bir sıra vacib dərslər verəcəyi ümidi ilə bağlıdır. COVID-19 bizi sonsuza qədər tərk edəcək" - deyə, Kirill dövlət mediasına bildirib.

Qərb kilsələri Pasxanı aprelin 4-də qeyd edib. Pravoslavlar digər xristianlardan fərqli təqvimlə bayramı keçirir.

Pravoslavlar Yulian, qərblilər isə Qreqorian təqvimi üzrə Pasxanı qeyd edir.

Şərhlərə bax

XS
SM
MD
LG