Accessibility links

Pat Şanahan müdafiə naziri vəzifəsinə namizədliyini geri götürüb


ABŞ müdafiə naziri vəzifəsini icra edən Pat Şanahan

ABŞ müdafiə naziri vəzifəsini icra edən Patrik Şanahan bu fəzifəyə namizədliyini geri götürtmək qərarına gəlib. Bunu ABŞ prezidenti Donald Tramp Twitter səhifəsindəki mesajında bildirib. Tramp qərarın Şanahanın ailəsi ilə daha çox vaxt keçirmək istəməsi ilə əlaqədar olduğunu yazıb.

ABŞ prezidenti Ordu naziri Mark Esperin müdafiə naziri vəzifəsini icra edəcəyini bildirib. Esper Şanahanın namizədliyinin təsdiq edilmədiyi təqdirdə ABŞ müdafiə naziri vəzifəsinə əsas namizədlərdən biri olaraq nəzərdən keçirilirdi.

Prezident Tramp Şanahana müdafiə naziri vəzifəsini müvəqqəti icra etdiyi müddətdə göstərdiyi xidmətə görə təşəkkürünü bildirib. O eyni zamanda, Mark Esperi yaxşı tanıdığını və onu bu vəzifədə müstəsna xidmət göstərəcəyinə heç bir şübhə olmadığını bildirib.

Pat Şanahan ABŞ müdafiə naziri vəzifəsinin icrasına yanvar ayında keçmiş Pentaqon rəhbəri Ceyms Mattisin vəzifəsindən istefa verməsindən sonra icra etməyə başlamışdı.

Dünyaya Baxış

Dünyaya Baxış. Nyu Yorkda böyük münsiflər məhkəməsi Trampa ittiham irəli sürüb
please wait

No media source currently available

0:00 0:11:51 0:00
XS
SM
MD
LG