Accessibility links

Martın 17-i Müqəddəs Patrik günü qeyd edilir


Bu gün irlandiyalılar Müqəddəs Patrik gününü qeyd edir. Dublində yüz minlərlə insan soyuq hava şəraitinə baxmayaraq, illik festivala qatılıb. Dünyanın bir sıra ölkəsində bu münasibətlə paradlar və tədbirlər keçirilir.

Avstraliyada irlandiyalı rəqqasların iştirakı ilə təşkil edilən parada çoxsaylı insan toplaşıb.

Nyu-York şəhərində də Müqəddəs Patrik günü nəhəng paradla qeyd edilib.
İrlandiyanın baş naziri Enda Kenni şəhər meri Maykl Blumberqlə bərabər paradda iştirak edib.
ABŞ-da 34 milyon irlandiya əsilli insan yaşayır. Onların əcdadları ABŞ-a 1840-cı illərdə açlıq səbəbi ilə üz tutub.

İrlandiyada xristinalığın qəbul edilməsində böyük rol oyanayn Patrikin 461-ci ilin mart ayının 17-də vəfat etdiyinə inanılır.

Müqəddəs Patrikin xatirəsinə Misir və Braziliyada yaşıl işıqlar yandırılıb.
XS
SM
MD
LG