Accessibility links

Dostları Pol Volkeri sosial şəbəkələrdə anır


Keçən həftə faciəvi şəkildə dünyasını dəyişən “Sürətli və Qəzəbli” silsilə filmlərindən tanıdığımız aktyor Pol Volker həmkarı Cessika Alba bu xəbər yayıldıqdan sonra sosial şəbəkədə emosianal mesaj yayımlayıb.

Aktyorun Instagram veb səhifəsində onun tək şəklini yerləşdirən dostları “Yeri Behiştlik Olsun” sözlərini yazıb. Pol olduqca mehriban və sadə xüsusiyyətli insan idi.

Bu arada Polun “Sürətli və Qəzəbli” silsilə filmlərindən həmkarları da sosial şəbəkədə hadisəyə reaksiya bildirib.

Cordena Brister Twitter hesabında “Pol çox saf idi. Mən onun ölümünə inana bilmirəm” sözlərini yazıb.

Repper Ludekris Polla birgə şəklini sosial şəbəkədə paylaşaraq ulduzu qardaşı adlandırıb və onun irsinin daim yaşayacağını yazıb. Vin Disel də hadisə ilə bağlı şok keçirdiyini deyib. Aktyor Polla birgə çəkdirdiyi şəklini veb səhifəsində bölüşərək “Cənnət yeni bir mələk qəbul etdi” sözlərini yazıb.

Keçən həftə Volkerin idarə etdiyi Porşe Karrera GT avtomobili dirəyə dəyərək alovlanması nəticəsində həyatını itirib. Hadisə 40 yaşlı aktyor və dostu Santa Klarita şəhərində keçirilən xeyriyyə tədbirindən yenicə çıxan zaman baş verib. Bir çox insan Pol Volkerin faciəli və ani ölümündən şoka düşüb.
XS
SM
MD
LG