Accessibility links

Barak Obama: Kredit imkanlarına dair sualları olanlar müstəqil istehlakçı şirkətinə müraciət etməlidir


ABŞ prezidenti Barak Obama bildirib ki, kredit imkanlarına dair sualları olanlar yenicə təsis edilən müstəqil istehlakçı şirkətinə müraciət etməlidir.

Həftəlik radio müraciəti zamanı o, bu şirkətin amerikalılara maliyyə qərarlarında yardım edəcəyini deyib. ABŞ dövlət başçısı insanların kredit tarixini müəyyən etməli olduğunu bildirib.

O deyib ki, kredit tarixi dəqiq olmadıqda, ipoteka və kredit kardlarında səhvlərə yol verilə bilər.

Prezident ədalətsiz kreditlər alanların da bu şirkətə müraciət etməsinin vacibliyini vurğulayıb.
XS
SM
MD
LG