Accessibility links

Mirvari balığının səyahəti


Mirvari balığının səyahəti
please wait

No media source currently available

0:00 0:02:46 0:00

Yalnız Türkiyənin şərqindəki Van gölündə olan Mirvarı balığı kürülərini tökmək üçün şirin suya, yuxarıya doğru çətin bir yola çıxmağa başlayıb.

Hər il minlərlə insanın mirvarı balığının çətin səyahətinin şahidi olmaq və mövsümün gəlişini qeyd etmək üçün toplaşdığı böyük festival yeni koronavirus səbəbindən bu il təxirə salınıb.

Türkiyənin bahar mərasimlərindən biri hər may ayında Van gölünü tərk edən və kürü tökmək üçün yuxarıya doğru üzən Mirvarı balığının illik səyahətidir. Bu il onların ziyarətini görmək üçün ən yaxşı yerlərdən biri Türkiyənin uzaq şərqindəki Ersis bölgəsindədir.

Bu, təbiətin bu balıqların mübarizəsini - sonrakı nəsli dünyaya gətirmək üçün güclü axına qarşı, yuxarıya doğru necə üzdüyünü görmək üçün bir fürsətdir. Fotoqraf Vedat Atlı: "Onlar muncuq kimidirlər, gündüz işığında parlayan muncuqlar kimi. Mən indi onların fotolarını çəkdim. Mirvarı balığın yanındakı kürülər həqiqətən də mirvari kimi görünür və heyrətamiz şəkildə parlayır."

Mirvarı balığı Türkiyənin unikal balıqlarındandır və Van gölünün duzlu, qazlı sularında yaşayır. Lakin Van gölünün duzlu suyu onlara orada kürü tökməyə imkan vermir və onlar çətin bir yol qət edərək, bu gölə axan təmiz sulara doğru üzməyə məcbur olur. Yerli sakin Zeynal Abidin Gündüz: “Van gölündən təmiz sulara çatmaları üçün onlara bir ay gərək olur. Onlar orada kürülərini qoyur. Kaş ki, buradan ayrılmayaydılar. Çox gözəl olduqları üçün il boyu burada qalmalarını istəyirik. Uşaqlar da, yaşlı insanlar da onları görəndə çox sevinir.“

Adətən Mirvari balığının miqrasiyası qeyd olunan illik festivalda bu park insanlarla dolu olardı. Lakin bu il parklar koronavirusla mübarizəyə yardım etmək üçün qoyulan hökumət məhdudiyyətləri səbəbindən bağlıdır. “Bildiyiniz kimi bir koronavirus problemi var. Bu, əslində balıqlar üçün daha yaxşıdır, çünki indi onları hədəf alan, ovlayan və ya öldürən yoxdur. Brakonyerlik yoxdur. Gördüyünüz kimi, gözəldir” - deyə, Zeynal Abidin Gündüz bildirir.

Fotoqraf Vedat Atlı deyir ki, insanlar koronavirus səbəbindən evlərində qalmağa məcburdur. Bu, bahar fəslindəki balıq ovu səviyyəsini azaldıb ki, bu balıqların xilasına səbəb olub. ”Pandemiya həqiqətən insanların yoxluğunda təbiətin çiçəklənməsinə imkan verib. İnsansız təbiət ssağalmağa başlayıb. Baxın, hər yerdə yasəmənlər var, keçən il yox idi, çünki insanlar hamısını dərirb aparırdı. Ancaq bu il hər yer gül yatağına çevrilib.”

Lakin Mirvari balığı üçün bu asan bir səfər deyil. Hər gün 20-dən çox balığı qağayılar ovlayır. Brakonyerlik problemi də var. Bunun qarşısını almaq üçün hökumət aprelin 15-dən iyulun 15-dək mirvari balığının ovlanmasına qadağa qoyub.

XS
SM
MD
LG