Accessibility links

Pedro Sançez baş nazir olaraq and içib


Müxalif sosialist lider Pedro Sançez şənbə and içərək İspaniyanın yeni baş naziri vəzifəsinin icrasına başlayıb. O, Mariano Rahoy parlamentin etimadsızlıq səsverməsində məğlub olandan sonra baş nazirlik vəzifəsini təhvil alıb.

Sançezin andını Madrid yaxınlığında Zarzuela Srayında keçirilən mərasimdə İspaniya kralı VI Flipp qəbul edib.

Sançez parlamentin 350 yerlik aşağı palatasında keçirilən etimadsızlıq səsverməsində 180 səslə qalib gəlib. 169 nəfər onun əleyhinə səs verib, 1 qanunverici isə bitərəf qalıb.

Bu, qırx illik demokratiyada ilk dəfədir ki, hökümət lideri parlament tərəfindən vəzifəsindən çıxarılır.

Rahoy altı il vəzifədə qalandan sonra ötən həftə onun mənsub olduğu mərkəz-sağçı Xalq Partiyasının keçmiş üzvlərinə qarşı korrupsiya ittihamları irəli sürüləndən sonra səsvermədə məğlub olub.

İspaniyanın Sosialist İşçilər Partiyasının lideri olan Sançez İspaniya 1970-ci illərdə Fransisko Frankonun diktaturasından sonra demokratiyaya çevriləndən bəri İspaniyanın yeddinci baş naziri olacaq.

O hələ öz kabinet üzvlərini açıqlamalıdır və yalnız onların adları rəsmi hökümət jurnalında dərc olunandan sonra vəzifəsinin tam icrasına başlaya bilər.

XS
SM
MD
LG