Accessibility links

Pegasus casus proqramı dünya boyu jurnalistlərin hökumətlər tərəfindən izlənilməsi üçün istifadə edilib


Pegasus casus proqramı dünya boyu jurnalistlərin hökumətlər tərəfindən izlənilməsi üçün istifadə edilib
please wait

No media source currently available

0:00 0:04:11 0:00

İnsan haqları müdafiəçiləri və media azadlığı təşkilatları dünya miqyasında 180 jurnalistin İsrailin hərbi səviyyəli casus proqramı tərəfindən hədəf alındığı xəbərlərinə görə qəzəblərini ifadə edir. Dünya boyu rezonans doğurmuş skandalda Fransa prezidenti Emmanuel Makron kimi hədəf alınan bir sıra dünya liderlərinin də adı qeyd edilir.

İsrailin özəl NSO Group şirkətinin Pegasus izləmə proqramını dünya hökumətlərinə satması ilə bağlı açıqlamaların doğurduğu əks səda artmaqdadır. Bəziləri bu proqramdan jurnalistlər və insan haqları fəalları və hətta Fransa prezidenti Emmanuel Makron da daxil olmaqla hökumət liderlərinə qarşı istifadə edib. Makron təhqiqata çağırıb, İsrail isə araşdırma üçün işçi qrupunun yaradıldığını bildirib.

NSO Group casus proqramın cinayətkarlar və terrorçuların ələ keçirilməsinə kömək məqsədi ilə yaradıldığını bildirir.

Lakin Parisdə qərargahlanan Forbidden Stories və Amnesty International təşkilatının Pegasus layihəsi kimi tanınan araşdırması dünyanın on ölkəsinin casus proqramı vasitəsilə jurnalistlər və fəalları geniş şəkildə hədəf alaraq, onların mobil telefonlarına müdaxilə edib, bəzən hətta telefon kameralarını işə saldığı bildirilir.

Forbidden Stories layihəsinin rəhbəri Loren Rişar Amerikanın Səsi ilə danışıb.

“Burada Səudiyyə Ərəbistanı, Azərbaycan, Meksika, Mərakeş var – bütün bu ölkələr jurnalistlər və insan haqları müdafiəçilərinə qarşı hərəkətləri ilə tanınır. Bu ölkələr onları izləyir. Meksikada siyahıda adı olan bir jurnalistin telefon nömrəsini tapdıq və o, iki ay sonra öldürüldü. Biz də həmçinin Camal Xaşuqcinin nişanlısının onun öldürülməsindən dərhal sonra bu proqramın nəzarəti altında olduğuna dair dəlillər də var,” o bildirib.

Ruandada hədəfə alınan jurnalistlərdən biri Amerikanın Səsi üçün işləyirdi. Azərbaycan tərəfindən hədəf alınan jurnalist Sevinc Vaqifqızı Amerikanın Səsinə onun şəxsi həyatının pozulduğunu deyib.

Pegasus araşdırması azərbaycanlı fəal Bəxtiyar Hacıyevin telefon nömrəsinin hədəf alınan şəxslərin siyahısında olduğunu təsdiqləyib. O, Amerikanın Səsinə daim təhdidlərlə qarşılaşdığını deyib.

“Hədələnmədiyim bir gün və ya bir həftə olduğunu xatırlamıram. Bu təhdidlər müxtəlif formalarda olur: kiberhücumlar, şantaj və ya böhtan. Elə gün, bu müsahibədən bir neçə dəqiqə əvvəl, hüquq-mühafizə orqanları məni məlumatlandırdılar və xəbərdarlıq etdilər ki, əgər Azərbaycan hökumətini tənqid etməyi dayandırmasam, onlar mənim adımı ləkələmək, mənim adıma xələl gətirmək üçün mənə qarşı yeni qarayaxma kampaniyasına başlayacaqlar,” Bəxtiyar bildirib.

ABŞ-ın Qlobal Media Agentliyi USAGM-in verdiyi açıqlamada Amerikanın Səsi və Azad Avropa/Azadlıq Radiosu da daxil olmaqla 180-dən çox jurnalistin casus proqramı vasitəsilə hədəf alınması barədə xəbərlərlə bağlı hiddət ifadə edilib.

Agentliyin rəhbəri səlahiyyətlərini icra edən Kelu Çao bildirib ki, “jurnalistlərin şəxsi danışıqlarının hər hansı bir şəkildə izlənilməsi mənəviyyatsızlıqdır.”

Amerika İcmalı

Amerika İcmalı - 22 Oktyabr, 2021
please wait

No media source currently available

0:00 0:29:58 0:00
XS
SM
MD
LG