Accessibility links

Pekinin uyğurlara rəftarı ilə bağlı tənqidlər fonunda Türkiyə - Çin əlaqələri dərinləşir


Pekinin uyğurlara rəftarı ilə bağlı tənqidlər fonunda Türkiyə - Çin əlaqələri dərinləşir
please wait

No media source currently available

0:00 0:03:06 0:00

Pekinin uyğurlara rəftarı ilə bağlı tənqidlər fonunda Türkiyə - Çin əlaqələri dərinləşir

Türkiyə beynəlxalq ictimaiyyətin Pekinin uyğur müsəlman azlığına qarşı rəftarı ilə bağlı tənqidlərinə baxmayaraq Çinlə iqtisadi əlaqələrini dərinləşdirir. Analitiklər deyir ki, Çinin xarici işlər nazirinin bu həftə Türkiyəyə səfəri zamanı uyğur məsələsinin müzakirə olunacağı gözlənilmir.

Bu hətə Çinin Xiaomi şirkəti İstanbulda mobil telefon zavodu açıb.

Türkiyənin texnologiya naziri Mustafa Varank Çinin açılışda iştirak edib və bu yeni sərmayeni alqışlayıb.

Xiaomi zavodu sürətlə inkişaf edən Türkiyə-Çin əməkdaşlığı çərçivəsində baş verən ən son irəliyəyişdir.

"Əlbəttə ki, iqtisadi cəhətddən, xüsusilə də ikitərəfli ticarət 2000-ci ildən bəri və ya son 20 ildə eksponent olaraq artıb, son dörd beş ildə isə onlar təkcə iqtisadi baxımdan deyil, siyasi-ideoloji baxımdan da daha yaxın əlaqələr qurublar," Marmara Universitetinin siyasət üzrə professoru Çağdaş Üngör Sunar bildirir.

Çin bu yaxınlarda İstanbulun yeni üçüncü körpüsündə İtaliya şirkətinin payını alıb.

Çin həm də indi Türkiyənin ən böyük investorlarından biridir.

Ənənəvi avropalı investorlar isə ölkədən geri çəkilirlər çünki onların hökumətləri Ankaranı insan haqları pozuntularına görə cəzalandırırlar. Bəziləri isə bu tədbirlərin Türkiyəni Qərbdən uzaqlaşdırdığını iddia edir.

“Türkiyəyə qarşı bu qərəzli tədbirlər Türkiyəni dərhal Avrasiya və Asiya qüvvələri, Rusiya və Çinlə müttəfiq olmağa yaxınlaşdıracaq. İndi artıq Asiya əsri başlayıb,” Türkiyə Hərbi Dəniz Donanmasının təqaüdə çıxan admiralı Cem Gürdeniz bildirir.

Pekin həm də Ankaranı dəyər itirən Türkiyə valyutasını dəstəkləmək üçün getdikcə daha çox maliyyə yarıdımı ilə təmin edir.

Çin həmçinin Türkiyəni COVID-19 peyvəndləri ilə təchiz edən əsas ölkədir.

Türkiyənin Çinlə dərinləşən əlaqələri səbəbilə Ankara Pekinin müsəlman uyğur azlıqlarına qarşı təqibləri ilə bağlı səssiz qalıb. Amma hökumət dairələrində Çinin artan təsiri ilə bağlı narahatlıqlar da mövcuddur.

"Çin şərqdən gəlib hamımızı dişləyəcək. Onların insan haqları vəziyyətini görürsünüz, uyğurların yaşadığı ərazilərdə insanları öldürürlər,” Türkiyə Prezidentinin müşaviri Mesut Casin bildirir.

Türkiyə çox sayda uyğura, xüsusilə də dissidentlərə ev sahibliyi edən ölkələrdən biridir.

Çin Türkiyəyə uyğurların Çinə qaytarılmasına yol açacaq ekstradisiya razılığını imzalaması üçün təzyiq göstərir.

Çinin xarici işlər naziri Vanq Linin Ankaraya səfəri zamanı bu məsələni müzakirə edəcəyi gözlənilir.

"Ölkə daxilində hələ də uyğurları dəstəkləyən böyük bir lobbi var və bu lobbi hazırkı hökumətin elektoratını təşkil edir, ona görə də hökumət Çini məmnun etməklə ölkədəki elektoratını məmnun etmək arasında qalıb. Çinin qeyri-müəyyənlik olaraq gördüyü bu vəziyyət onu Türkiyə ilə tam əməkdaşlıq etməkdən çəkindirir," Xi’an Jiaotong-Liverpool Universitetindən Ceren Ergenc bildirir.

Çinin xarici naziri Vanq Linin səfərindən öncə xəbərlərdə Pekinin Ankaraya ekstradisiya olunmasını istədikləri uyğur dissidentlərinin siyahısını təqdim etdiyi bildirilib.

Türkiyə valyutası təzyiq altında qaldığı üçün Çinin dəstəyi zəruridir və bu da Ankaranı çətin seçim etməyə vadar edə bilər.

XS
SM
MD
LG