Accessibility links

Penitensiar Xidmət: Yunis Səfərovun öldürülməsi xəbəri tam yalandır


Yunis Səfərov

“Yunis Səfərovun öldürülməsi ilə bağlı yayılan məlumatlar tam yalandır, həqiqəti əks etdirmir. Yunis Səfərovun vəkili mütəmadi olaraq onunla görüşür.”

Bu barədə Penitensiar Xidmətin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi Mehman Sadıqov Amerikanın Səsinə bildirib.

Meydan.tv saytının rəhbəri Emin Milli Yunis Səfərovun anasına istinadən onun oğlunun həbsxanada öldürülməsi barədə məlumat yayıb.

“Ona belə məlumatlar çatır. Yunis Səfərovun durumu haqqında hakimiyyət dərhal sübutlar təqdim etməlidir. Bu ailənin hüquqlarını qorumaq hər bir azərbaycanlının vətəndaş borcudur. Yunis Səfərovun məhkəməsi açıq və ictimai şəkildə keçirilməlidir,” o qeyd edib.

“Yunis Səfərovun hazırkı vəziyyəti haqda Meydan TV-ni məlumatlandıran Dövlət Təhlükəsizlik Xidmətindəki mənbə bildirib ki, Səfərov dekabrın əvvəlindən qurumun 8-ci kamerasından 31-ci kamerasına köçürülüb. Vəziyyəti heç də yaxşı deyil. Ona ağır işgəncələr, xüsusilə tok işgəncəsi verilir. Bu, ona işgəncə verilməsi kameradan gələn qışqıqırıq səslərindən bilinir”, meydan.tv saytı məlumat yayıb.

“2018-ci il iyulun 3-də Gəncə şəhərinin keçmiş icra hakimiyyəti başçısı Elmar Vəliyevə qarşı sui-qəsdlə əlaqədar 18 nəfər cinayət məsuliyyətinə cəlb edilib, daha 11 nəfər barəsində axtarış elan edilib”. Bu barədə baş prokuror Zakir Qaralov yanvarın 4-də 2018-ci ilin yekunlarına həsr edilmiş əməliyyat müşavirəsində bildirib.

Zakir Qaralov
Zakir Qaralov

Onun sözlərinə görə, "radikal dindar" Yunis Səfərov 2018-ci il iyulun 3-də Gəncə şəhər icra hakimiyyəti başçısına və polis əməkdaşına qarşı planlaşdırılmış terror aktı həyata keçirib. Konstitusiya quruluşunun dəyişdirilməsi cəhdi, terrorizm ittihamı ilə açılmış cinayət işi üzrə 18 nəfər - mütəşəkkil cinayətkar qrupun üzvləri məsuliyyətə cəlb edilib. Daha 11 nəfər barəsində beynəlxalq axtarış elan edilib.

Bu iş üzrə cinayət əməllərində əli olan digər şəxsləri müəyyən edilməsi üzrə intensiv əməliyyat-istintaq tədbirləri davam etdirilir, deyə baş prokuror Zakir Qaralov bildirib.

“Bundan başqa, Gəncədə Səfərovun "müdafiəsi üçün" iğtişaş təşkil edən 59 nəfər cinayət məsuliyyətinə cəlb edilib. Sözügedən cinayət işi çərçivəsində 36 nəfər barəsində materiallar (4 iş) artıq Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Digərləri barəsində istintaq davam etdirilir”, o qeyd edib.

XS
SM
MD
LG