Accessibility links

ABŞ-ın Pensilvaniya ştatının hava limanında çamadanda partlayıcı qurğu aşkar edilib


ABŞ-ın Pensilvaniya ştatından Floridaya uçarkən çamadanında partlayıcı qurğu aşkar edilən şəxsə qarşı federal cinayət ittihamı irəli sürülüb.

40 yaşlı Mark Maffli hava limanına partlayıcı maddə gətirməkdə, partlayıcı qurğunu və ya yandırıcı maddəni təyyarəyə gətirməkdə və yerləşdirməyə cəhddə ittiham olunur.

Prokurorlar partlayıcı qurğunun Mafflinin çamadanında bazar ertəsi "Allegiant Air 201" reysi ilə Lehigh Valley Beynəlxalq Hava Limanından Florida ştatının Orlando Sanford Beynəlxalq Hava Limanına gedərkən tapıldığını bildirib.

Təhlükəsizlik yoxlaması zamanı xəbərdarlıq edildikdən sonra çamadana baxış keçirilib və astarın altında mumabənzər şəffaf kağıza bükülmüş və plastik sarğı ilə bağlanmış təxminən 8 cm diametrli olan "dairəvi birləşmə" aşkar edilib.

Federal Təhqiqat Bürosunun bombalar üzrə mütəxəssisi birləşməni rentgen şüası ilə yoxlayıb və onun tərkibində "kommersiya atəşfəşanlığına" uyğun gələn dənəvər toz və "ehtimal ki, kommersiya atəşfəşanlığında istifadə olunan parlaq toz və tünd qranulların qarışığı" olub.

Rəsmilərin dediyinə görə, qurğuya şam fitilinə bənzər bir sürətli "qoruyucu" əlavə edilib və bu, çox guman ki, birləşmənin orijinal istehsalının bir hissəsi, həmçinin daha yavaş yanan və hazırlandıqdan sonra əlavə edilmiş kimi görünən "hobbi qoruyucu" idi.

Rəsmilər toza bənzər maddələrin "istilik və sürtünmə nəticəsində alovlanmağa həssas olduğu, təyyarə və sərnişinlər üçün əhəmiyyətli dərəcədə risk yaratdığı" qənaətinə gəlib.

Baqajda, həmçinin "bir qutu butan, alışqan, ağ toz qalığı olan boru, akkumulyatorlu simsiz drel və qara lentlə sarınmış iki cərəyan cihazı" aşkar edilib.

XS
SM
MD
LG