Accessibility links

Pens: ABŞ Səudiyyənin neft obyektlərinə hücuma ən yaxşı cavabı nəzərdən keçirir


ABŞ-ın vitse-prezidenti Mayk Pens

ABŞ-ın vitse-prezidenti Mayk Pens çərşənbə günü bildirib ki, Birləşmiş Ştatlar Səudiyyə Ərəbistanının neft obyektlərinə hücumun arxasında İranın olduğuna dair dəlili nəzərdən keçirir və Yaxın Şərqdə öz maraqları və müttəfiqlərini müdafiə hazır dayanır.

“Biz dəlili nəzərdən keçiririk. Biz müttəfiqlərimizlə məsləhətləşirik. Prezident qarşıdan gələn günlərdə ən yaxşı fəaliyyət kursunu müəyyən edəcək” - deyə, Pens Vaşinqtondakı araşdırma mərkəzi olan Heritage fondunda çıxışı zamanı bildirib.

Amerika Birləşmiş Ştatları ölkəmizi, hərbi qüvvələrimizi və bizim Körfəzdəki müttəfiqlərimizi müdafiə etmək üçün bütün lazımi tədbirləri görəcək.
Mayk Pens

Prezident Donald Tramp Birləşmiş Ştatların hücumlara cavaba hazır olduğu ilə bağlı xəbərdarlıq etsə də, müharibə istəmədiyini vurğulayıb.

Vitse-prezident Pensin bildirdiyinə görə, ABŞ Dövlət Katibi Mayk Pompeo hücumlara cavabı müzakirə etmək üçün çərşənbə axşamı günü Səudiyyə Ərəbistanına səfər edir.

“Amerika Birləşmiş Ştatları ölkəmizi, hərbi qüvvələrimizi və bizim Körfəzdəki müttəfiqlərimizi müdafiə etmək üçün bütün lazımi tədbirləri görəcək. Buna arxayın ola bilərsiniz”, Pens bildirib.

ABŞ-ın vitse-prezidenti deyib ki, əgər İran şənbə günü hücumlarını Tehranın nüvə proqramı ilə əlaqədar tətbiq edilmiş sanksiyaların yüngülləşdirilməsi üçün Trampa təzyiq göstərmək məqsədilə edibsə, bu strategiya iflasa uğrayacaq.

Səudiyyə Ərəbistanının Aramco neft şirkətinin obyektlərinə hücumdan sonra yanğın, 14 sentyabr, 2019.
Səudiyyə Ərəbistanının Aramco neft şirkətinin obyektlərinə hücumdan sonra yanğın, 14 sentyabr, 2019.

İran şənbə günü Səudiyyə Ərəbistanının neft obyektlərinə hücumların arxasında olduğunu rədd edib. Səudiyyə Ərəbistanının neft emalı obyektlərinə edilən hücumların ardınca bazar ertəsi səhm birjalarında neftin qiyməti kəskin artıb.

Lakin Səudiyyə Ərəbistanı və Birləşmiş Ştatlar dünya üzrə enerjiyə tələbatın qarşılanması və xam neftin qiymətlərinin sabitləşdirilməsi üçün geniş enerji ehtiyatlarından istifadə edə biləcəklərini bildirib.

Tramp şənbə günü gecə hücumun kim tərəfindən keçirildiyinə dair daha çox dəlil gözləyərək, ABŞ-ın cavab hücumu verməyə hazır olduğuna işarə edib.

XS
SM
MD
LG