Accessibility links

Pens İraqa sürpriz səfər edib


Mayk Pens və həyat yoldaşı İraqda Əl Əsəd hava bazasında
Mayk Pens və həyat yoldaşı İraqda Əl Əsəd hava bazasında

ABŞ vitse-prezidenti şənbə günü İraqa gözlənilmədən səfər edib. Bu, ABŞ prezidenti Donald Tramp iki ay öncə ABŞ qüvvələrinin Suriyadan geri çəkilməsinə göstəriş verəndən sonra Amerikanın yüksək səviyyəli rəsmisinin İraqa ilk səfəridir.

Müqanişə zonasına səfərinin gizliliyini qorumaq üçün C-17 hərbi yük gəmisində uçan Pens Ərbildə İraq Kürdüstanının prezidenti Nəçirvan Barzani ilə görüşür. Səfərin məqsədi ABŞ-ın İŞİD-ə qarşı mübarizəsində müttəfiqləri olan kürdlərə təminatlar verməkdir. Bundan öncə isə Pensə ABŞ qüvvələrinin ötən ay Suriyada İŞİD lideri Əbu Bəkr əl-Bağdadinin ölümü ilə nəticələnən əməliyatı başlatdığı İraqın Əl-Əsər Haza Bazasında məxfi məlumatlar verilib və o, İraqın baş naziri Adil Əbdül-Mehdi ilə tefonda söhbət edib.

Bu, Pensin son beş həftədə regiona ikinci səfəridir. Tramp Rəcəb Tayyib Ərdoğanın ABŞ-ın ərazini tərk etməsinin ardından Suriyanın şimalında kürd döyüşçülərə qarşı hərbi əməliyyat başlaması səbəbilə ötən ay Pensi atəşkəs əldə etmək məqsədilə Ankaraya göndərmişdi. Trampın Suriyadan geri çəkilmək qərarı nəticəsində hər iki partiyadan qanunvericilər onu ABŞ-ın müttəfiqlərini tərk edib, Rusiya və İrana regionda daha çox təsirə malik olmağa imkan yaratmaqda günahlandırıb.

Pens deyib ki, o, prezident Donald Trampın ona Birləşmiş Ştatlarla regiondakı kürd xalqı arasında müharibə zamanı əldə olunan güclü əlaqələri vurğulamaq üçün verdiyi imkanı yüksək dəyərləndirir.

ABŞ-ın yüksək vəzifəli rəsmisi deyib ki, Pensin ziyarətinin məqsədi həm İŞİD-ə qarşı mübarizədə ABŞ-ın müttəfiqi olan İraq kürdlərini, həm də uzun zamandır kürdləri dəstəkləyən amerikalıları Tramp administrasiyasının ittifaqa sadiq qaldığına inandırmaqdır. Səfərin məqsədi həmçinin Vaşinqtonda impiçment məsələsi gündəmdə olduğu bir vaxt Pensin xarici siyasətə diqqətini vurğulamaqdır.

ABŞ qoşunları Suriyadan geri çəkiləndən sonra Suriya kürdləri 1 nömrəli düşmənləri olan Türkiyədən qorunmaq üçün Suriya höküməti və Rusiya qüvvəlrini Suriyanın şimal-şərqinə dəvət etdi. Hazırda isə Rusiya ilə Türkiyə arasında əladə olunan razılıql nəticəsində daha çox Rusiya qoşunları sərhəd bölgəsinə yerləşdirilir.

Ankaranın əldə etdiyi razılığa əsasən kürdlər Suriyada Türkiyə sərhəddə olan böyük bir ərazini tərk etməlidirlər. Bu isə Türkiyənin oradakı mövqeyini gücləndirib.

Dünyaya Baxış

Dünyaya Baxış. COP29-un Liderlər Sammiti başlanıb
please wait

No media source currently available

0:00 0:10:59 0:00
XS
SM
MD
LG