Accessibility links

ABŞ-ın vitse-prezidenti Cənubi Koreyadadır


Birləşmiş Ştatların vitse-prezidenti Mayk Pens Cənubi Koreyada 2018-ci il Qış Olimpia Oyunlarının açılış mərasimində iştirak etmək üçün Pxençana gedib.

Pens vaxtilə 50-ə qədər əsgərin öldüyü “Çonan” hərbi gəmisini ziyarət etmək üçün Seulun 70 km-də yerləşən Cənubi Koreya Hərbi Dəniz Donanmasının 2-ci Flotiliyasına gedib.

Vitse-prezident Pxençanda Şimali Koreyadan olan fərarilərlə də görüşüb.

Oyunların açılış mərasimində Pens, Cənubi Koreya prezidenti və Şimali Koreyanın təmsilçiləri VIP bölməsində oturub.

Onların arxasında Şimali Koreyadan Kim Yonq Nam and o ölkənin prezidentinin bacısı Kim Yo Conq əyləşib. Penslə Şimali Koreya rəsmiləri arasında heç bir təmas olmayıb.

Birləşmiş Ştatlar rəsmiləri Pensin Olimpiyadada iştirak edən Şimali Koreya rəsmiləri ilə görüşəcəyini istisna etmir. Şimali Koreyanın dövlət mediası Şimali Koreyanın belə bir danışıqlar aparmaq niyyəti olmadığını bildirib.

Pens isə onun komandasının görüş keçirilməsi ilə bağlı müraciət etmədiyini, lakin baş tutarsa, Şimali Koreyadan nüvə silahından və ballistik raketlərdən imtina etməli olduğunu tələb edəcəyini deyib.

XS
SM
MD
LG