Accessibility links

Vitse-prezident Pens Şimali Koreyanın “Olimpiya taktikasına” müqavimət göstərmək niyyətindədir


ABŞ-ın vitse-prezidenti Mayk Pens Şimal-Şərqi Asiya ölkələrinə səfərinə başlayır. Səfərin onun olacağı 10 ölkədə imicini gücləndirəcəyi və Şimali Koreyanın Qış Olimpiya oyunlarında “taktikasına” müqavimət göstərilməsinə kömək edəcəyi gözlənilir.

“Əvvəllər bir çox vitse-prezident Olimpiadalarda mərasim funksiyalarını yerinə yetirib və bu, yaxşıdır. Onlar lentləri kəsib. Amma bu səfər sadəcə bununla bitmir”, Ağ Evin yüksək rəsmisi bildirib.

Onun sözlərinə görə, Pensin orada olması onun Şimali Koreya lideri Kim Yonq Unun “Olimpiadanın gündəmini ələ keçirə bilməsi ilə bağlı dərin narahatlıqları” ilə bağlıdır. “Şimali koreyalılar əvvəllər də manipulyasiya ustaları olub. Bu, qaniçən dövlətdir”, Ağ Ev rəsmisi bidirib.

Bu həftə Koreya yarımadasında olmaqla Pens “əmin olmaq istəyəcək ki, informasiya mesajı baxımından bu, iki həftə sürən təbliğata çevrilməyəcək”, o əlavə edib.

“Söhbət dünya səhnəsində həqiqəti söyləməkdən gedir, bu da şimali koreyalıların etdiyinin əksidir”, Ağ Ev rəsmisi bildirib.

ABŞ-ın vitse-prezidenti Mayk Pens və Yaponiyanın baş naziri Şinzo Abe
ABŞ-ın vitse-prezidenti Mayk Pens və Yaponiyanın baş naziri Şinzo Abe

Alyaskada hərbi hava bazasında raket müdafiə sistemi ilə bağlı brifinqdən sonra Pens səfərinin ilk dayanacağı olan Yaponiyaya səfər edəcək.

ABŞ-ın vitse-prezidenti çərşənbə günü Yaponiyanın baş naziri Şinzo Abe ilə görüşəcək. Yaponiyada Pensin şərəfinə ziyafət veriləcək.

Cümə axşamı günü Pens Cənubi Koreya prezidenti Mun Ce-in ilə danışıqlar aparacaq. Bundan sonra onlar şam yeməyinə qatılacaq.

ABŞ admnistrasiyasının rəsmiləri Pensin Abe və Munla əhatəli danışıqlar aparacağını bidiriblər.

ABŞ prezidenti Donald Tramp Yaponiyanın baş naziri və Cənubi Koreya prezidenti ilə telefon söhbətləri aparıb. Danışıqların diqqət mərkəzində Şimali Koreyada vəziyyət olub.

Bundan bir neçə saat sonra Tramp Ağ Evdə Şimali Koreyadan qaçmış səkkiz nəfəri qəbul edib.

ABŞ-ın Olimpiya komandasının üzvləri
ABŞ-ın Olimpiya komandasının üzvləri

Vitse-prezident Pens ABŞ hökumətinin nümayəndə heyətinin başçısı kimi Cənubi Koreyada Pxençxanda Qış Olimpiya Oyunlarnın açılış mərasimində iştirak edəcək.

ABŞ nümayəndə heyətinin digər üzvləri Pensin xanımı Karen Pens, ABŞ və BMT-nin Koreya yarımadasında qüvvələrinin komandiri, ordu generalı Vinsent Bruks, Bruksun sələfi, təqaüddə olan ordu generalı Ceyms Thurman, Konqresin Nümayəndələr Palatasının Xarici Əlaqələr komitəsinin sədri Ed Roys, ABŞ-ın Cənubi Koreyadakı səfirliyinin müvəqqəti işlər müvəkkili Mark Napper və 2012-ci ildə Olimpiya Oyunlarının qızıl medalisti, fiqurlu konkisürən Sara Hyüs və başqalarıdır.

Açılış mərasimində Şimali və Cənubi Koreyaların idmançıları bölünməmiş Koreyanı təcəssüm etdirən bir payraq altında addımlayacaq.

İki Koreya qadınlardan ibarət vahid xokkey komandası ilə yarışlara qatılacaq.

Şimali və Cənubi Koreyalar arasında diplomatik əlaqələr mövcud deyil. İki ölkə faktiki olaraq 1953-cü ildə üç il sürən müharibəyə son qoymuş barışıqdan sonra müharibə vəziyyətindədir. Münaqişə zamanı Birləşmiş Ştatlar Cənubun tərəfindən Çin və Rusiyanın dəstəklədiyi kommunist qüvvələrə qarşı döyüşüb.

Tramp administrasiyası dəfələrlə Pxenyanın nüvə silahları və ballistik raketlər inkişaf etdiriməsinin qarşısını almağa söz verərək, bunun Birləşmiş Ştatların təhlükəsizliyinə hədə

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG