Accessibility links

Pensilvaniyada qəza zamanı 5 nəfər ölüb, 60 nəfər yaralanıb


Bazar günü Pitsburq şəhərinin 50 km yaxınlığında yüksək sürətli magistral yolda zəncirvari nəqliyyat qəzası baş verib. Qəzada 5 nəfər həyatını itirib, 60 nəfər isə yaralanıb.

Bazar günü gecə saat 3:40-da baş verən qəza zamanı avtobus yoxuşaşağı hərəkət edərkən döngədə yoldan çıxaraq yanı üstə aşdıqdan sonra iki ağırtonajlı yük maşınına çırpılıb. Üçüncü yük maşını isə arxadan gələrək əvvəlki iki yük maşınına dəyərək qəzaya edib. Həmçinin bir sərnişin avtomobilidə bu zəncirvari qəzaya düşüb.

Hadisə yerindən olan görüntülərdə magistral yol boyu dağılmış paketlər və FedEx markalı yük maşını da daxil olmaqla, qarışıq bir toqquşma səhnəsi görünür.

Pensilvaniya magistral yollarının mətbuat katibi Carl DeFebo mətbuata verdiyi açıqlamasında bildirb ki, "son 20 ildə ilk dəfə idi ki, bu cür irimiqyaslı qəzanın şahidi olur."

Yaxınlıqdakı xəstəxanadan verilən məlumata əsasən, xəsarət alanların yaşları təxminən 7 ilə 67 arasında dəyişir. İki xəstənin vəziyyəti istisna olmaqla, digərlərinin hamısının tezliklə sağalacağı gözlənilir.

Excela Health Frick Hospital-dan verilən məlumata görə, yaralıları fiziki və psixoloji tavmalarının müalicəsi üçün mütəxəssilər və psixoloqlar cəlb edilib. "Gələn insanlar təkcə fiziki cəhətdən deyil, eyni zamanda psoxoloji baxımdan da travma alıblar" - deyə, xəsətəxanadan bildiriblər.

Xəstəxanaya gətirilən yaralıların çoxu dizel yanacağına bulaşdığı bildirlir.

Rəsmilər bildirib ki, zərərçəkənlər arasında tələbələr, Nyu Yorkdan ailələrini ziyarət etməkdən qayıdan insanlar varmış.

Qəzaya nəyin səbəb olduğu dəqiq bilinmir. Bunun müəyyənləşdirməyin həftələr və ya aylar çəkə biləcəyi bildirlir. Milli Nəqliyyat Təhlükəsizliyi Şurası araşdırma aparmaq üçün qəza yerinə bir qrup göndərib.

Rəsmilər hava şəraitinin qəzaya səbəb olub-olmadığını müəyyənləşdirmək üçün hələ tez olduğunu söyləyir.

Şərhlərə bax

XS
SM
MD
LG