Accessibility links

Pensiya üçün rüşvət


Dövlət Sosial Müdafiə Fondunun iki əməkdaşının yaşa görə pensiyaya təyinatında rüşvət tələb etmələri ittihamı ilə həbs ediliyi bildirilir.

Bu haqda Baş Prokurorluq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) ilə birgə məlumat yayıb.

Rəsmi açıqlamada bildirir ki, ƏƏSMN yanında Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsinin vəzifəli şəxslərinin yaşa görə müavinətlərin təyinində vətəndaşlardan rüşvət tələb etmələri ilə bağlı prokurorluğa müraciət daxil olub.

Əməliyyat-axtarış tədbirləri zamanı fondun Sumqayıt şəhər Şöbəsinin Sosial Yardım və Müavinətlər sektorunun baş məsləhətçisi vəzifəsində işləyən Elnur Quliyevin otağına baxış keçirildiyi, ordan sosial müavinət kartları, müavinət işləri aşkar edildiyi bildirilir.

Birgə məlumata görə, araşdırmalar zamanı müəyyən edilib ki, Elnur Quliyevin təxminən 600 manat rüşvət almasına şübhələr var. Quliyevin çalışdığı sektorun müdiri Vidadi Eyvazovun da rüşvətdə şübhəli bilindiyi vurğulanır.

Faktla bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən rüşvət alma) maddəsi ilə cinayət işi başlanıldığı qeyd edilir. Elnur Quliyev və Vidadi Eyvazov barəsində isə həbs qətimkan tədbiri seçilib.

Açıqlamaya hələlik Elnur Quliyev və Vidadi Eyvazovun vəkillərinin münasibətini öyrənmək mümkün olmayıb.

Onların ittihama münasibəti açıqlanmır.

Amerika İcmalı

Amerika İcmalı - 22 Oktyabr, 2021
please wait

No media source currently available

0:00 0:29:58 0:00
XS
SM
MD
LG