Accessibility links

Pensiyaların minimum aylıq məbləği 200 manat olacaq


Azərbaycan Milli Məclisinə əmək pensiyalarının minimum aylıq məbləğinin 160 manatdan 200 manata qədər artırılmasını nəzərdə tutan qanun layihəsi təqdim edilib. Bu qanunvericilik təşəbbüsü ilə dövlət başçısı çıxış edib.

Bu il oktyabrın 1-dən əmək pensiyalarının minimum həcminin artması 660 min pensiyaçını əhatə edəcək.

Əmək və Sosial Müdafiə Nazirlinin müavini Anar Əliyev bildirib ki, minimum pensiya səviyyəsinin artımı il ərzində həyata keçirilən ikinci ciddi artımdır.

“Belə ki, dövlət başçısının təşəbbüsü ilə qəbul olunan qanunla bu il martın 1-dən minimal pensiya məbləği 116 manatdan 160 manata çatdırılıb, bu il oktyabrın 1-dən isə 160 manatdan 200 manata qaldırılacaq. Yəni göründüyü kimi, bu il ərzində Azərbaycanda minimum pensiya məbləğinin əhəmiyyətli şəkildə artması təmin edilib,” nazir müavini qeyd edib.

Onun sözlərinə görə, bu aylıq minimum pensiyaların 25 faiz artımı deməkdir.

“Bu artımı maliyyələşdirmək üçün illik 216 milyon manat, oktyabr-dekabr ayları üçün 62 milyon manat əlavə vəsait yönəldiləcək.”

Bu il martın 1-dən etibarən əmək pensiyalarının minimum məbləği aylıq 116 manatdan (bəzi pensiyaçılar kateqoriyası üçün - 80 manat) 160 manatadək artırılıb və 223 min nəfəri əhatə edib. Beləliklə, əmək pensiyalarının minimum məbləğində artım bu il 72,4% təşkil edib.

Beləliklə, işləyib pensiyaya çıxanların orta pensiya məbləği (250 manat) ilə işləmədən pensiyaya çıxanların, o cümlədən əlilliyə görə əmək pensiyaları alanların minimum pensiya məbləği arasındakı fərq çox yaxındır.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG