Accessibility links

Pentaqon: Müharibəni davam etdirən Rusiya ciddi problemlərlə üzləşir


Pentaqonun sözçüsü, general-mayor Pat Rayder
Pentaqonun sözçüsü, general-mayor Pat Rayder

Pentaqonun sözçüsü, general-mayor Pat Rayder Amerikanın Səsinə müsahibəsində bildirib ki, Ukraynadakı müharibənin iki ili yaxınlaşdığı biz zaman Rusiya çoxsaylı problemlərlə üzləşib.

Onun sözlərinə görə, "Rusiya sursat, hərbi texnika çatışmazlığı, təchizatın çatdırılması və şəxsi heyətlə bağlı ciddi problemlər yaşayır".

"Buna görə də biz onların (Rusiya) hərbi imkanlar və sursat almaq üçün Şimali Koreya və İran kimi ölkələrə üz tutduğunu görürük. Və bu, yenə də onların öz silah ehtiyatlarını artırmaqla bağlı problemini nümayiş etdirir" - deyə, Pentaqonun sözçüsü bildirib.

Pat Rayder əlavə edib ki, Ukraynanın əsas üstünlüyü Birləşmiş Ştatlar və beynəlxalq ictimaiyyətin bu ölkəyə yardım etmək üçün dünyanın 50-dən çox ölkəsinin birlikdə işləməsidir.

Rayder "Bu, təkcə ABŞ deyil. Bu, beynəlxalq səydir və bir çox ölkə, o cümlədən NATO Ukraynaya ehtiyacı olan təhlükəsizlik yardımını təmin etmək öhdəliyinə sadiqdir" deyib.

Pentaqonun sözçüsü bütün müttəfiqlərin əməkdaşlığını yüksək qiymətləndirib. "Onlar silah ehtiyatlarımızı tükəndirməmək, eyni zamanda Ukraynanı dəstəkləmək üçün resurslarımızı və imkanlarımızı necə birləşdirə biləcəyimiz yollarını tapmaq üçün birlikdə çalışır" - deyə, Rayder bildirib.

Rayder həmçinin NATO əməkdaşlığının və həmrəyliyinin daha da gücləndiyini vurğulayıb.

"Düşünürəm ki, Rusiyanın Ukraynaya təcavüzünün mühüm nəticələrindən biri NATO-nun birliyini və NATO imkanlarını daha da gücləndirmək üçün stimul oldu" Rayder bildirib.

Forum

XS
SM
MD
LG