Accessibility links

Pentaqon Amerika silahlarının Ukraynaya göndərilməsi ilə bağlı xəbərləri şərh etməyib


Pentaqon CNN tele kanalının ABŞ administrasiyasındakı mənbələrə istinadən, Ağ Evin Rusiya tərəfindən müdaxilə təhlükəsi fonunda Ukraynaya əlavə silah göndərməyi nəzərdən keçirdiyinə dair bugünkü açıqlamasını şərh etməkdən imtina edib.

“Amerikanın səsi”nin rus xidmətinin müxbirinin CNN-in məlumatını şərh etmək haqda sorğusuna cavab verən ABŞ Müdafiə Nazirliyinin sözçüsü Anton Semelrot deyib ki, “indiki vaxtda” Pentaqon Ukraynaya hərbi yardım göstərilməsi faktını açıqlaya bilməz.

“Həmişə dediyimiz kimi, biz daim Ukrayna Silahlı Qüvvələrinin müdafiə qabiliyyətinin gücləndirilməsi üçün konkret tələbləri qiymətləndiririk” - deyə, Semelrot əlavə edib.

Pentaqonun sözçüsü xatırladıb ki, Birləşmiş Ştatlar 2014-cü ildən bəri Ukraynaya 2,5 milyard dollardan çox təhlükəsizlik yardımı edib. Təkcə cari il bu məqsədlər üçün 400 milyon dollar vəsait ayrılıb.

Bundan əvvəl CNN məlumat vermişdi ki, “ABŞ Ukraynaya hərbi məsləhətçilər və yeni texnika, o cümlədən silah göndərmək imkanını nəzərdən keçirir”.

Telekanalın mənbələrinə görə, Kiyev əlavə Javelin tank əleyhinə sistemlər və minaatanlar ala bilər. Əvvəllər Əfqanıstan ordusu üçün nəzərdə tutulan “Stinger” portativ zenit-raket komplekslərinin və Mi-17 helikopterlərinin verilməsi imkanları da nəzərdən keçirildiyi bildirilir.

XS
SM
MD
LG