Accessibility links

Pentaqon bəzi qoşunları Suriyada saxlamağı nəzərdən keçirir


Birləşmiş Ştatların müdafiə naziri Mark Esper bazar ertəsi bildirib ki, Pentaqon kürdlərin təşkil etdiyi Suriya Demokratik Qüvvələri (SDQ) ilə birlikdə neft yataqlarını İslam Dövləti yaraqlılarından qorumaq üçün ABŞ hərbi qüvvələrinin bir hissəsini Suriyanın şimal-şərqində saxlamağı nəzərdən keçirir.

Pezident Donald Trampın əmrinə əsasən, Suriyadan çıxarılacaq ABŞ əsgərlərinin bir hissəsi İraqa köçürülməli idi. Bu, Türkiyənin illərdir Birləşmiş Ştatların İslam Dövləti qrupu ilə mübarizədə müttəfiqi olan Suriya Demokratik Qüvvələrinə hücuma keçməsinə zəmin yaradan bir qərar idi.

Suriyada qalacaq əsgərlərin sayı ilə bağlı qərar verilməyib.

Türkiyə Vaşinqtonla Suriyanın şimal-şərqində hücumları 5 gün dayandırmaqla bağlı razılığı əldə etdikdən sonra bazar ertəsi səhər tezdən İraqla sərhədi 100-dən çox hərbi maşın keçib.

Atəşkəs möhləti çərşənbə axşamı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiyada Prezident Vladimir Putinlə bölgədə atılacaq növbəti addımları müzakirə etmək məqsədilə keçirəcəyi görüşdən sonra başa çatır.

Prezident Donald Trampın ABŞ əsgərlərinin Suriyadan qəfil çıxarması həm Respublikaçılar, həm də Demokratlar tərəfindən təpki ilə qarşılanır.
Prezident Donald Trampın ABŞ əsgərlərinin Suriyadan qəfil çıxarması həm Respublikaçılar, həm də Demokratlar tərəfindən təpki ilə qarşılanır.

Əfqanıstana səfəri zamanı jurnalistlərlə söhbətində Esper ABŞ ordusunun geri çəkildiyini, lakin hərbi qüvvələrin bir hissəsinin hələ də neft yataqları yaxınlığında, tərəfdaş qüvvələrin yanında qaldığını və onların orada qalması ilə bağlı müzakirələr aparıldığını deyib.

O bunun variantlardan biri olduğunu və konkret rəqəmlərlə bağlı hələlik heç bir qərar qəbul edilmədiyini bildirib.

Şərhlərə bax

XS
SM
MD
LG