Accessibility links

Pentaqon: İranın helikopteri USS Essex-ə "təhlükəli" şəkildə yaxınlaşıb


Pentaqonun məlumatına görə, ötən həftə Oman körfəzində İran Hərbi Dəniz Qüvvələrinə məxsus helikopter ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus amfibiya hücum gəmisinin 23 metrliyində uçub.

Pentaqonun mətbuat katibi Con Kirbi bazar ertəsi jurnalistlərə bildirib ki, helikopter “təhlükəli və qeyri-peşəkar şəkildə manevr edib”, su səthinə 3 metrə qədər yaxınlaşıb və USS Essex-in ətrafında üç dəfə dövrə vurub.

“Başqa silahlı qüvvə, hazırda söhbət İran Hərbi Dəniz Qüvvələrindən gedir şübhəsiz ki, bir növ eskalasiya və səhv hesablama riski ilə üzləşirsiniz” - deyə, Kirbi bildirib.

İranın rəsmi xəbər agentliyi İRNA Kirbinin şərhlərinə cavab olaraq, Pentaqonun sözçüsünü “ABŞ-ın bölgədəki qeyri-qanuni hərbi mövcudluğuna haqq qazandırmaq” cəhdində ittiham edib.

ABŞ-ın müdafiə rəsmisi Amerikanın Səsinə bildirib ki, insident noyabrın 11-də baş verib. İranın Telegram kanallarında yayılan videoda İran helikopterinin kokpitinin baxış bucağından təxminən 45 saniyəlik qarşılaşmanın əks olunduğu görünür.

Hadisə İrana məxsus olduğu bildirilən bir neçə pilotsuz təyyarənin Hörmüz boğazında USS Essex ilə “təhlükəli yaxınlıqda” uçmasından cəmi bir həftə sonra baş verib.

Vəziyyəti müzakirə etmək səlahiyyəti olmadığı üçün adının açıqlanmasını istəməyən və Amerikanın Səsinə danışan bir ABŞ rəsmisi bildirib ki, pilotsuz təyyarələr noyabrın 2-də ABŞ Hərbi Dəniz Qüvvələrinin amfibiya hücum gəmisinin təxminən 1500 metr yaxınlığında uçub.

Bu, həmçinin İslam İnqilabı Keşikçiləri Korpusunun ABŞ-ın Oman dənizində İran neftini daşıyan tankeri saxlamaq cəhdinin qarşısını aldığını iddia etməsindən sonra baş verib, Pentaqon bu iddianı “tamamilə yalan və həqiqətə uyğun olmayan” adlandırıb.

Bu ayın əvvəlində Kirbi bildirib ki, oktyabrın sonunda Oman dənizində ticarət gəmisini qeyri-qanuni olaraq ələ keçirən İran qüvvələridir.

İranın dünya qüdrətləri ilə 2015-ci ildə imzaladığı nüvə sazişinin bərpasına dair danışıqların dayandırılması fonunda Tehran və Vaşinqton arasında gərginlik yüksək olub. Razılaşma Tehranın uranın zənginləşdirilməsi proqramını məhdudlaşdırması müqabilində qlobal sanksiyaları ləğv etmişdi.

Sabiq prezident Donald Tramp 2018-ci ildə ABŞ-ı sazişdən çıxarıb və ABŞ-ın İrana qarşı sanksiyalarını bərpa edib. Tehran daha sonra uranın zənginləşdirilməsi ilə bağlı razılaşma ilə müəyyən edilmiş məhdudiyyətləri pozub.

Şərhlərə bax

Amerika İcmalı

Amerika İcmalı - 26 Noyabr 2021
please wait

No media source currently available

0:00 0:30:16 0:00
XS
SM
MD
LG