Accessibility links

Pentaqon: ABŞ-ın başçılığı ilə hava hücumları zamanı İŞİD-in iki komandiri qətlə yetirilib


Pentaqon keçən həftə Mosul yaxınlığında ABŞ-ın başçılığı ilə hava hücumları zamanı İŞİD-in iki yüksək rütbəli komandirinin qətlə yetirildiyini bildirib.

Bunlardan biri 2014-cü ildə Mosulun İŞİD tərəfindən ələ keçirilməsi əməliyyatına rəhbərlik etmiş müharibə nazirinin müavinidir.

"Terrorçuların bu liderlərinin döyüş meydanından götürülməsi İraq qüvvələrinin beynəlxalq koalisiyanın dəstəyi ilə nəticədə Mosulu azad etməsi üçün şərait yaradır"-Pentaqonun sözçüsü Piter Kuk bildirib.

İŞİD-in qətlə yetirilən yüksək rütbəli komandirləri, müharibə nazirinin müavini Basim Məhəmməd Əhməd Sultan əl-Bacari və hərbi komandir Hatim Talib Əl-Həmdunidir.

İraq qüvvələri Fəllucənin İŞİD-dən azad edilməsindən sonra diqqəti İraqın ikinci böyük şəhəri olan Mosula yönəldir.

İraqın hərbi liderləri Mosulun bu ilin sonuna qədər azad ediləcəyinə ümid bəslədiklərini bildirib. Lakin Pentaqonun əməliyyatın daha çox vaxt ala biləcəyinə inanır.

Dünyaya Baxış

Dünyaya Baxış. “Meydan TV” jurnalistlərinin saxlanıldığı bildirilir
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG