Accessibility links

Pentaqon ordu qüvvələrini paytaxt Vaşinqtondan çıxarır


VAŞİNQTON – Pentaqon paytaxt Vaşinqtonda etirazlara görə səfərbər edilmiş aktiv xidmətdə olan hərbi qulluqçuların yerdə qalan 900 nəfərini şəhərdən çıxaracaq. ABŞ rəsmisi qüvvələrin öz bazalarına tezliklə qayıdacaqlarını bildirib.

Adının açıqlanmasını istəməyən rəsmi əmrin Müdafiə Naziri Mark Esper tərəfindən imzalandığını bildirib. Onun sözlərinə görə, qoşunlar Şimali Karolinada Fort Bragg və Nyu Yorkda Fort Drum hərbi bazalarına qayıdacaq.

Qoşunlar paytaxt ərazisində olduqları zaman şəhər küçələrinə yeridilməmiş və hər ehtimala qarşı əmrə hazır vəziyyətdə saxlanmışdılar.

ABŞ-da etirazlara nəzarət etmək üçün Milli Qvardiyanın çağrıldığı məkanlar
ABŞ-da etirazlara nəzarət etmək üçün Milli Qvardiyanın çağrıldığı məkanlar

Ağ Evin mətbuat katibi Kayleigh McEnany çərşənbə günü müxbirlərə bildirmişdi ki, ABŞ Prezidenti Donald Tramp Üsyan Aktını qüvvəyə mindirmək səlahiyyətinə malik yeganə şəxsdir, və "əgər lazım gələrsə, o bunu edəcək".

Günün əvvəlində isə nazir Mark Esper hərbi qüvvələrdən yalnız "son vasitə" kimi istifadə edillməli olduğunu söyləmişdi.

"Biz indi həmin situasiyalardan birində deyilik. Mən Üsyan Aktını işə salmağı dəstəkləmirəm," Esper əlavə etmişdi.

1807-ci ildə qəbul edilmiş qanun fövqəladə hallarda prezidentə iğtişaşları yatırmaq səlahiyyətləri verir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 30-dan çox raket və pilotsuz təyyarəsini vurub
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. İlham Əliyev və Nikol Paşinyan arasında Kişinyonvda görüş.
please wait

No media source currently available

0:00 0:29:22 0:00
XS
SM
MD
LG