Accessibility links

Pentaqon rəhbəri: Heç bir üçüncü ölkə Ukraynanın NATO ittifaqına üzv olmaq istəklərinə `veto` qoya bilməz


ABŞ-ın müdafiə naziri Lloyd Austin və Ukraynanın müdafiə naziri Andriy Taran
ABŞ-ın müdafiə naziri Lloyd Austin və Ukraynanın müdafiə naziri Andriy Taran

ABŞ müdafiə naziri Lloyd Austin deyib ki, heç bir üçüncü ölkənin Ukraynanın NATO ittifaqına üzv olmaqla bağlı istəklərinə veto qoymaq hüququ yoxdur. malik deyil.

"Ukraynanın gələcək xarici siyasətini müstəqil olaraq həll etmək hüququ var və bunu kənardan heç bir müdaxilə olmadan edə biləcəyini gözləyirik" - deyə, Austin çərşənbə axşamı Kiyevə səfəri zamanı Rusiyanın Ukraynanın NATO-ya üzv olmasına etirazı barədə sualın cavabında bildirib.

Rusiya ilə ABŞ-ın başçılıq etdiyi ittifaq arasında gərginlik artıb. İttifaqın bu ayın əvvəlində Rusiyanın 8 diplomatını ölkədən çıxarmasına cavab olaraq Moskva bazar ertəsi NATO-dakı daimi missiyasını dayandırdığını bildirib.

Austin Rusiyanı Ukraynanın şərqində gedən müharibənin sülh yolu ilə həllində "maneə" adlandırıb.

"Bir daha Rusiyanı Krımın işğalına son qoymağa, Ukraynanın şərqindəki müharibəni dayandırmağa, Qara dənizdə və Ukrayna sərhədləri boyunca sabitliyi pozan fəaliyyətlərinə son qoymağa çağırırıq" - deyə, Austin bildirib.

"Ukraynanın müdafiə qabiliyyətini inkişaf etdirmək səylərini dəstəkləmək üçün əlimizdən gələni etməyə davam edəcəyik" - deyə, o əlavə edib.

Rusiya 2014-cü ildə Krımı ilhaq etdikdən bəri bu ilin əvvəlində Ukrayna sərhədi yaxınlığına böyük hərbi qüvvə yerləşdirdi. Qoşunlar Ukrayna sərhədi yaxınlığında təlimlər keçirdikdən sonra geri çəkildi.

Ukrayna Austinin bu həftə Avropaya səfərinin ikinci dayanacağıdır. Bazar ertəsi o, Gürcüstana səfər edib.

ABŞ-ın müdafiə naziri Lloyd Austin və Gürcüstanın müdafiə naziri Canşir Burçuladze
ABŞ-ın müdafiə naziri Lloyd Austin və Gürcüstanın müdafiə naziri Canşir Burçuladze

Oktyabrın 18-də Tiflisdə keçirilən mərasim zamanı Austin və Gürcüstanın müdafiə naziri Canşir Burçuladze Gürcüstanın müdafiəsinin gücləndirilməsinə yönəlmiş memorandum imzalayıb.

Pentaqonun rəhbəri bunun "ikitərəfli təhlükəsizlik əməkdaşlığının yeni bir mərhələsi və ABŞ-ın Gürcüstanı dəstəkləmək öhdəliyinin nümayişi olduğunu” deyib.

Rusiyanı hiddətləndirə biləcək Memorandumla bağlı heç bir təfərrüat verilməsə də, Burçuladze bunun "çox əhəmiyyətli bir sənəd" olduğunu deyib və bu sənədin ABŞ-la müdafiə sahəsində əməkdaşlığın yeni bir səviyyəyə qaldıracağını bildirib.

ABŞ-ın müdafiə naziri oktyabrın 21-i və 22-i Brüsseldə keçiriləcək NATO müdafiə nazirlərinin toplantısına getməzdən əvvəl Rumıniyaya da səfər edəcək.

XS
SM
MD
LG