Pentaqonun cümə günü bildirdiyinə görə, Suriyada ABŞ-ın dron hücumu nəticəsində Əl-Qaidənin yüksək səviyyəli lideri öldürülüb.
Hava zərbəsi Suriyanın cənubunda ABŞ-ın başçılıq etdiyi koalisiyasının istifadə etdiyi bazaya edilən hücumdan iki gün sonra endirilib.
“ABŞ-ın bu gün Suriyanın şimal-şərqində həyata keçirdiyi hava hücumunda Əl-Qaidə lideri Əbdül Həmin Əl-Matar ölüb,” Mərkəzi Komandanlığın sözçüsü, ordu mayoru Con Riqsbi açıqlamada bildirib.
O deyib ki, hücum nəticəsində mülki vətəndaşlar arasında ölüm halları barədə məlumat yoxdur. O, hava zərbəsini M1-9 təyyarəsi tərəfindən həyata keçirildiyini əlavə edib.
“Əl-Qaidənin yüksək səviyyəli liderinin aradan qaldırılması terror təşkilatının qlobal hücumlar planlaşdırıb, həyata keçirmək imkanı kəsiləcək,” o deyib.
Pentaqon sentyabr ayının sonunda Suriyanın şimal-qərbində İdlib şəhəri yaxınlığında Əl-Qaidənin bir başqa yüksək səviyyəli komandiri Səlim Əbu-Əhmədi öldürüb.
Mərkəzi Komandanlığın məlumatına görə, o, “Əl-Qaidənin hücumlarını planlaşdırmaq, maliyyələşdirmək və təsdiqləmək öhdəliyini daşıyırdı.”
“Əl-Qaidə Amerika və bizim müttəfiqlərimizə təhdid törətməyə davam edir. Əl-Qaidə xarici qollarını yenidən qurmaq, onlarla koordinasiya etmək və xarici əməliyyatları tərtib etmək üçün Suriyadan təhlükəsiz sığınacaq kimi istifadə edir,” Riqsbi deyib.
Suriyada davam edən müharibə bir neçə xarici ordunun, yarı-hərbi dəstələrin və cihadçıların cəlb olunduğu mürəkkəb döyüş meydanı yaradıb.
Müharibə 2011-ci ildə hökumət əleyhinə etirazlara qarşı qəddar təqiblərlə başlayandan bəri yarım milyon insanın ölümünə səbəb olub.