Accessibility links

Pentaqonun İran körfəzinə əlavə qoşun göndərməyi planlaşdırdığı deyilir


Vaşinqtonda Pentaqo binası.
Vaşinqtonda Pentaqo binası.

ABŞ rəsmilərinin bildirdiyinə görə, Pentaqonun cümə axşamı Ağ Evi Yaxın Şərqə minlərlə daha çox ABŞ qoşunu göndərmək ehtimalı barədə məlumatlandıracağı gözlənilir.

Planlar rəsmiləşmədiyi üçün adlarının açıqlanmasını istəməyən rəsmilər deyib ki, əlavə qoşun tələbi ABŞ-ın Mərkəzi Komandanlığından gəlib.

Ağ Evin tələb olunan müdafiə qoşunlarının hamısını və ya bir qismini, habelə əlavə Patriot raket batareyaları və gəmilər göndərməyi təsdiq edib-etməyəcəyi bəlli deyil.

Pentaqon gələcək planlarla bağlı məlumat verməyi rədd edib. “Biz qüvvələrimizlə bağlı mümkün gələcək planlar və tələbləri müzakirə etməyəcəyik”– deyə, Pentaqonun sözçüsü komandir Rebekka Rebariç çərşənbə günü bildirib.

ABŞ prezidenti Donald Tramp İranın neft ixracını sıfıra endirməyə çalışmaq və İrandan gələn təhlükələrə qarşı İran Körfəzində ABŞ-ın hərbi mövcudluğunu artırmaq qərarını elan edəndən sonra Tehranla Vaşinqton arasında gərginlik artıb.

Lakin Tramp ritorikasına baxmayaraq müvəqqəti müdafiə naziri Patrik Şanahana deyib ki, o, İranla müharibə aparmaq istəmir.

Regiona əlavə ABŞ qoşunu göndərmək Tramp üçün mövqe dəyişikliyi olacaq. O, daha öncə dəfələrlə regionda ABŞ qoşunlarının sayını azalmaq istədiyini bildirib.

Tramp ötən dekabr ayında Suriyadan 2 min ABŞ qoşunu çıxaracağını elan edib. Lakin fevral ayında 400 qoşunu saxlamağa qərar verib.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG