Accessibility links

Pentaqon: Türkiyə müttəfiq mövqedən çıxış etmir


Türkiyənin müdafiə naziri Hulusi Akarın Ankaranın Rusiyadan raket alışı barədə Pentaqonun son xəbərdarlığını qulaqardına vurması onun müttəfiq ölkə mövqeyindən çıxış etməməsi kimi qiymətləndirilir.

Ankara rəsmi Vaşinqtonun bu mübadilədən ehtiyat etməsini sual edir. Akar deyib ki, o, cümə axşamı amerikalı həmkarı ilə bu barədə danışacaq və bunun ardınca qarşıdakı günlərdə yazılı cavab ünvanlandırılacaq.

Akara göndərdiyi məktubda ABŞ-ın müdafiə naziri vəzifəsini müvəqqəti icra edən Patrik Şanahan Ankara Rusiyanın S-400 raketdən müdafiə sistemi aldığı təqdirdə, Türkiyənin Amerikanın son F-35 döyüş təyyarələrinin alışı və istehsalından xaric ediləcəyini ətraflı izah edib.

Pentaqon iddia edir ki, S-400 raketdən müdafiə sistemi F-35 döyüş təyyarələrini, xüsusilə də S-400 kimi sistemlərdən yayına bilməsi üçün istehsal edilən radara görünməyən telxnologiyasını zəiflədə bilər.

XS
SM
MD
LG