Accessibility links

Perunun keçmiş prezidenti və xanımı həbs olunacaq


Perulu hakim keçmiş prezident Ollanta Humala və xanımının həbsinə dair qərar çıxarıb. Onlarla bağlı braziliyalı inşaat şirkəti Oderbrecht-i də əhatə edən çirkli pulların yuyulması və konspirasiya ittihamlarına görə istintaq aparılırdı.

Cümə axşamı cütlüyün həbsi ilə bağlı məhkəmə qərarı prokurorun onların ədalətdən yayınmaq üçün xaricə qaça biləcəklərini iddia etməsindən sonra çıxarılıb.

Prokurorlar prezidentlik dövrü 2016-cı ildə bitən Humalanın Odebrecht-in keçmiş başçısından ianə aldığı milyonlarla dollar pulu bəyan etməyib, xanımı ilə birlikdə bu pulu şəxsi mənfəətləri üçün gizlətdiklərini iddia edir.

Humala isə ittihamların əsassız olduğunu deyir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG