Accessibility links

Peru məhbəslərində qiyam - Koronavirusa görə azadlıq tələb edilir


Perunun Miqel Kastro və Huançayo həbsxanalarındakı qiyam və etirazlardan sonra vəziyyət gərgin olaraq qalır. Məhbuslar hökumətin onlarla bağlı koronavirus tədbirlərinə etiraz edib.

Perunun Milli Penitensiar İnstitutu qiyam qaldırıldığını təsdiq edib, məhbusların yanğınlar törətdiyini bildirib. Onlar daha çox məhbusun virusa yoluxduğu səbəbi ilə azadlıq tələb edib.

Reuters xəbər agentliyinin bildirdiyinə görə, insan haqları müdafiəçiləri Peru hökumətini pandemiya dövründə ev dustaqlığının tətbiqinə çağırıb.

Daha əvvəl Peru prezidenti Martin Vizkarra milli karantin müddətini mayın 10-dək uzadıb. Lakin məhbuslarla bağlı heç bir plan açıqlanmayıb.

Peruda 28 699 yoluxma halı qeydə alınıb.

Bu ölkə Latin Amerikasında Braziliyadan sonra virusun yayılma hallarına görə ikinci yerdədir.

İndiyədək koronavurusdan 782 nəfət həyatını itirib.

XS
SM
MD
LG