Accessibility links

Peruda matəm elan olunub


Peruda sabiq prezident Alan Qarsianın ölümündən sonra üç günlük matən elan olunub. Cümə axşamı minlərlə insan Alan Qarsiaya son ehtiramını göstərmək üçün Lima şəhərindəki partiya mərkəzinə toplaşıb.

Polisin bildirdiyinə görə, zabitlər Perunun tanınmış siyasətçilərini böyük korrupsiya işi ilə bağlı istintaq nəticəsində həbs etdikdən sonra sabiq prezidenti də həbs edəcəyini söyləyib. Bunu bilən Qarsia çərşənbə günü özünü ölümcül yaralayıb.

Alan Qarsia 1985-1990-cı və 2006-2011-ci illərdə Peruya prezidentlik edib.
Alan Qarsia 1985-1990-cı və 2006-2011-ci illərdə Peruya prezidentlik edib.

Qarsia Braziliyinanın inşaat nəhəngi Odebrecht-dən 2006-2010-cu illər ərzində Limada metro inşaatı zamanı külli miqdarda pul almaqda günahlandırılırdı.

Oderbrecht-in Latın Amerikası boyunca korrupsioner rəsmilərə $800 milyon dollar həcmində rüşvət verdiyi təxmin olunur.

1985-1990-cı və 2006-2011-ci illərdə Peruya prezidentlik edən Qarsia günahkar olmadığını iddia edirdi.

XS
SM
MD
LG