Accessibility links

Peruda prezident və parlament bir-birlərini hakimiyyətdən uzaqlaşdırıb


Peruda prezident və Konqres bir-birlərinin hakimiyyətdən kənarlaşdığını elan edib. Ölkə sakinlərinin çoxu, hərbçilər və polislər dövlət başçısının tərəfindədirlər.

Peru qəfildən son bir neçə onilliklərin ən dərin siyasi böhran yaşayır. Bazar ertəsi hakimiyyətin icra və qanunverici qolları arasındakı mübarizə insanların küçələrə çıxmasına səbəb olub. Paytaxt Lima və ölkənin bir sıra digər şəhərlərində etirazlar başlayıb.

Əksəriyyətinin müxalifətin nəzarətində olduğu Konqres mərkəzçi prezident Martin Viskarra tərəfindən təklif edilən konstitutsiya islahatına mane olub. Bundan sonra keçmiş baş nazir Salvador del Solar hökumətə etimadın səsverməyə qoyulmasını təklif edib.

Ölkə konstitusiyasına görə, Konqres iki dəfə ardıcıl olaraq dövlət başçısının təyin etdiyi kabinetə etimad göstərmədiyi halda prezidentin parlamenti ləğv etmək və erkən seçki çağırmaq hüququ var. Hökumət artıq bir dəfə Konqresin dəstəyini ala bilməyib.

Ancaq bazar ertəsi, millət vəkilləri bu mövzu ilə bağlı səs verməyib. Əvəzində, Viskarranın təklif etdiyi islahatı paketinə məhəl qoymayaraq Konstitusiya Məhkəməsinin yeni hakimlərindən birinin namizədliyini təsdiqləyib. Ölkə prezidenti bunu təkrar etimaddan imtina kimi qiymətləndirib və Konqresin ləğv olunduğunu elan edib.

O, qeyd edib ki, konqresmenlər öz qərarlarında ölkə sakinləri barədə düşünmürlər və ancaq şəxsi maraqlarına uyğun hərəkət edirlər.

Prezident keçmiş ədliyyə naziri Visente Sebalyosu yeni kabinet başçısını təyin edib və parlament seçkilərinin tarixini 26 yanvara təyin edib.

Qanunvericilər onun səlahiyyətlərini aşdığını və konstitusiyanı pozduğunu bildirərək prezident sərəncamına əməl etməkdən imtina ediblər. Onlar Martin Viskarranın hakimiyyətdən uzaqlaşdırılmasına səs veriblər və bunun əvəzinə ölkənin vitse-prezidenti Mersedes Araosa rəhbər andı içdiriblər.

Prezidentin parlamenti ləğv etmək qərarı ölkə vətəndaşları arasında rezonans doğurub. Vətəndaşlar Lima və ətraf küçələrdə Konqres binasının əsas girişini mühasirəyə alıblar və Viskarraya dəstək olaraq mitinqlər keçiriblər. Nümayişçilər millət vəkillərindən fərmana əməl etmələrini və parlamenti tərk etmələrini tələb ediblər.

Bazar ertəsi keçirilən etiraz aksiyaları kiçik iğtişaşlarla başa çatıb, lakin hüquq-mühafizə orqanlarının əməkdaşları etirazçıları Konqresdən uzaqlaşdıra biliblər. Eyni zamanda siyasi böhranın baş verməsi fonunda hərbi qüvvələr və polis dövlət başçısını dəstəklədiklərini bildiriblər.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG