Yerli mətbuatın verdiyi məlimata görə, Perunun mərkəzində avtomagistralda hərəkət edən maşınların torpaq sürüşməsinə məruz qalması nəticəsində səkkiz nəfər itkin düşüb.
Huanuko və Tinqo Marianı birləşdirən avtomagistral bazar ertəsi üzərinə qayalar düşməsi və palçığın dağılması səbəbilə bağlanıb.
Sərnişin avtobusları və maşınlar bir neçə saat boyu yolda ilişib qalıb.
Bu arada isə Huanuko sakinləri iki ay öncə körpünün çökməsi nəticəsində ağac kötüklərindən istifadə edərək sürətlə axan çayı keçməyə çalışarkən həyatlarını riskə atıb.
Ayakuço şəhərində onlarla evi su basıb, sakinlərin bütün əşyaları itib.
“Torpaq sürüşməyə başlayanda mən itimin yanında dizlərim üstündə oturmuşdum. Məni ağac budaqları qorudu. Mən burda öləcəyimi düşünürdüm”- deyə, Ayakuço sakini Sisiliya Mamani bildirir.
12 saatdan çox davam edən musson yağışları ölkənin böyük hissəsində kəskin daşqınlara səbəb olub. Bu isə körpülərin aşmasın və yolların bağlanmasına gətirib çıxarıb.