Accessibility links

Peruda avtobus dərəyə yuvarlanıb


Perunun cənubunda ikimərtəbəli avtobusun dağ yolundan çıxaraq dərənin dibinə yuvarlanması nəticəsində 44 nəfər həyatını itirib.

Qəza çərşənbə günü ölkənin əsas yolu sayılan və cənubi Arequipa regionunda yerləşən Pan-Amerikan magistralında baş verib. Xəstəxanaya çatdırılan onlarla insanın ciddi xəsarət aldığı və vəziyyətlərinin pis olduğu bildirilib.

Qəzanın səbəbləri araşdırılır.

Qəza bu il Peru yollarında baş verən ikinci ən ölümcül yol qəzasıdır. Yanvar ayının ikisindən ölkənin mərkəzi sahil ərazisinə yaxın yolda baş verən qəzada 52 nəfər ölmüşdü.

Rəsmilər həmin qəzanın sürücünün diqqətsizliyindən baş verdiyini bildirmişdilər.

XS
SM
MD
LG