Accessibility links

Pərviz Siyabi Ərdəbil həbsxanasından müvəqqəti azadlığa buraxılıb


Pərviz Siyabi

Keçən iyul ayının 25-də Ərdəbildə nəzarət altına alınan siyasi fəal Pərviz Siyabi Gürcan mühakimə prosesi başa çatana qədər müvəqqəti olaraq sərbəst buraxılıb.

Amerikanın Səsinin bölgədə fəaliyyət göstərən hüquq müdafiəçilərindən əldə etdiyi məlumata görə, Siyabi bazar günü 250 milyon tümənlik mülki zəmanət qarşılığında Ərdəbil mərkəzi həbsxanasından azad edilib.

“İslam Respublikası nizamına qarşı təbliğat” və “müxalif qruplara üzv olmaq” ittihamları ilə suçlanan siyasi fəalın mühakimə prosesi Ərdəbil məhkəməsində davam edəcək.

İyul ayının 24-də türk fəalllar su qıtlığına qarşı və ərəb icmasına dəstək olaraq İran Azərbaycanında etiraz aksiyaları keçirməyi planlaşdırıb. Həmin günlərdə İranın polis və hərbi qüvvələri Təbriz, Urmiyə və Ərdəbil kimi şəhərlərdə etirazları əngəlləmək üçün əsas küçələri qapadıb və bir çox vətəndaşı nəzarət altına alıb.

Pərviz Siyabi 2020-ci ilin sentyabr ayında isə Azərbaycan Respublikasına dəstək mitinqləri ilə əlaqədar nəzarət altına alınıb və bir müddət nəzarətdə saxlanıldıqdan sonra mülki zəmanət qarşılığında sərbəst buraxılıb.

Şərhlərə bax

Amerika İcmalı

Amerika İcmalı - 11 Sentyabr hücumlarının 20-ci ildönümü
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG