Accessibility links

Peskov Maduronu dəstəkləmək üçün Rusiya muzdlu hərbçilərinin göndərildiyini rədd edib


Venezuela's President Nicolas Maduro gestures as he speaks during a news conference at Miraflores Palace in Caracas, Venezuela January 25, 2019
Venezuela's President Nicolas Maduro gestures as he speaks during a news conference at Miraflores Palace in Caracas, Venezuela January 25, 2019

Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov Rusiyanın Venesuelada Nikolas Maduro rejimini dəstəkləmək üçün heç bir muzdu döyüşçü göndərmədiyini bildirib. O bu barədə “Moskva. Kreml. Putin” verilişində danışıb.

“Əlbəttə ki, belə bir şey imkansızdır.”

Bir neçə gün öncə Reuters xəbər agentliyi muzdlu döyüşçülərə yaxın iki mənbəyə istinadən özəl hərbi şirkətlərin hərbçilərinin son bir neçə gün ərzində ABŞ tərəfindən dəstəklənən kütləvi etirazlar zamanı Maduronun təhlükəsizliyini təmin etmək üçün Venesuelaya getdiyi haqda məlumat verib.

Rusiya prezidenti Vladimir Putin və Venesuela prezidenti Nikolas Maduro Moskavaın kənarında Novo-Oqaryovoda görüş zamanı bir-birinin əlini sıxır. 5 dekabr, 2018-ci il.
Rusiya prezidenti Vladimir Putin və Venesuela prezidenti Nikolas Maduro Moskavaın kənarında Novo-Oqaryovoda görüş zamanı bir-birinin əlini sıxır. 5 dekabr, 2018-ci il.

Xəbər agentliyinə məlumat verən üçüncü mənbə də Venesuelada rus muzdlu döyüşçülərinin olduğunu təsdiq edib, lakin onların nə zaman gəldiyini və onların ölkədəki rolu barədə heç bir şey bildirməyib.

Agentliyin mənbələrindən biri hərbi muzdluların birinci qrupunun 2018-ci ilin mayında Venesueladakı prezident seçkiləri ərəfəsində, digərlərinin isə bu yaxınlarda gəldiyini söyləyib.

“Ümumrusiya hərbçiləri komitəsi"nin sədri Yevqeni Şabayev Reuters agentliyinə Venesuelada Rusiyanın özəl hərbi şirkətlərindən 400-ə yaxın adamın olduğunu deyib. Başqaları isə onların sayını dəqiqləşdirməsə də, bir neçə kiçik qrupun olduğunu bildirib.

Müdafiə nazirliyi xəbər agentliyinin Venesuelada hərbi iştrak barədə sorğusuna cavab verməyib. Prezident Vladimir Putinin mətbuat katibi Dmitri Peskov bu barədə “heç bir məlumatı olmadığını” bildirib.

Xuan Quaydo
Xuan Quaydo

Yanvarın 23-ü Venesuela parlamentinin sədri Xuan Quaydo bir neçə şəhərdə keçirilən kütləvi etirazlar fonunda müvəqqəti ölkənin prezident səlahiyyətlərini öz üzərinə götürüb. O, Nikolas Maduronun qalib olduğu son prezident seçkilərini etibarsız adlandırıb. Quaydo venesuelalıları küçələri Maduro hakimiyyətdən imtina etməyənədək tərk etməməyə çağırıb.

ABŞ, Kanada, Braziliya, Peru, Argentina, Paraqvay, Kolumbiya, Ekvador, Kosta-Rika, Çili, Panama və Böyük Britaniya Quaydonu legitim dövlət başçısı kimi tanıyıb.

Rusiya, Türkiyə, Çin, Kuba və Boliviya Maduronu prezident hesab edir. Rusiya prezidenti Maduro ilə telefonla danışaraq ona “şəksiz dəstəyini” bildirib.

Rusiya və Venesuela xarici işlər nazirlikləri ölkədəki siyasi böhranın ABŞ tərəfindən süni hazırlandığı bildirirlər.

XS
SM
MD
LG