Accessibility links

Peskov: Putin qoşunların hərəkətini dayandırmaq əmrini verdi, ancaq Ukrayna danışıqlardan imtina etdi


Dmitri Peskov
Dmitri Peskov

Fevralın 25-də Vladimir Putin Ukraynada qoşunların irəliləyişini dayandırmaq əmri verib, lakin Kyiv danışıqlardan imtina etdikdən sonra fevralın 26-da günortadan sonra əməliyyat yenidən başlayıb. “İnterfaks” xəbər verir ki, bunu jurnalistlərə Putinin mətbuat katibi Dmitri Peskov deyib.

"Dünən gündüz Ukrayna rəhbərliyi ilə gözlənilən danışıqlarla əlaqədar Rusiyanın Ali Baş Komandanı Rusiya qüvvələrinin əsas qoşunlarının irəliləməsini dayandırmaq barədə göstəriş verib”, - Peskov bildirib.

O bildirib ki, buna baxmayaraq bir sıra yerlərdə döyüşlər davam edib. Peskoun sözlərinə görə, millətçilər və banderalardan ibarət mobil qruplarla toqquşmalar baş verib.” Eyni zamanda fevralın 26-da bütün gecə Kyivin yaşayış məntəqələrində, eləcə də Kyiv oblastında və Ukraynanın digər rayonlarında toqquşmalar və atışmalar qeydə alınıb.

Peskov bildirib ki, 26 fevral Rusiya qüvvələri əməliyyata müvafiq olaraq irəliləməyə davam edib, “çünki faktiki olaraq Ukrayna tərəfi danışıqlardan imtina edib.”

25 fevralda həm Moskva həm də Kyiv danışıqlara hazır olduğunu bildirib. Xüsusilə də Vladmir Putin danışıqlar üçün Minskə nümayəndə heyəti göndərməyə hazır olduğunu deyib. Ukrayna Prezidenti Volodimir Zelenski isə qırğının qarşısını almaq üçün hər zaman danışıqlara açıq olduğunu bəyan edib. Dmitri Peskov 25 fevral axşam saatlarında bildirib ki, Ukrayna tərəfi birinci Varşavada danışıq aparmağı təklif edib, daha sonra isə “yoxa çıxıb.”

Ukrayna Prezident aparatının rəhbərinin müşaviri Aleksey Arestoviç Strana.ua xəbər portalına bildirib ki, Ukrayna həqiqətən də danışıqları rədd edib, çünki Moskvanın irəli sürdüyü tələbləri qəbuledilməz və faktiki olaraq onları təslim olmağa məcbur etməyə cəhd olub

“Biz onlara siqnal verdik ki, mümkün sülh müqaviləsinin şərtləri Moskvanın deyil, Kyivin şərtləri ilə mümkündür,” Arestoviç bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG