Accessibility links

Peskov: Putin Ukrayna ilə danışıqlar üçün Minskə nümayəndə heyəti göndərməyə hazırdır


Rusiya Ukrayna ilə danışıqlar aparmaq üçün Minskə nümayəndə heyəti göndərməyə hazırdır. Bu barədə prezidentin mətbuat katibi Dmitri Peskov məlumat verib.

Bundan əvvəl Aleksandr Lukaşenko Putinlə telefon danışığı zamanı müzakirələr üçün hər cür şərait yaratmağa hazır olduğuna əmin edib.

"Zelenski Ukraynanın neytral statusunu müzakirə etməyə hazır olduğunu açıqlayıb. Əvvəlcə Rusiya prezidenti Vladimir Putin bildirmişdi ki, əməliyyatın məqsədi LXR və DXR-ə kömək etmək, o cümlədən Ukraynanın demilitarizasiyası və denazifikasiyasıdır. Və bu, əslində, neytral statusun tərkib hissəsidir” – deyə, Peskov bildirib.

Mətbuat katibinin sözlərinə görə, bu halda Putin Zelenskinin danışıqlar təklifinə cavab olaraq Minskə Müdafiə Nazirliyi, Xarici İşlər Nazirliyi və prezident administrasiyasının nümayəndələrinin iştirakı ilə nümayəndə heyəti göndərməyə hazırdır.

Bu arada xarici işlər naziri Sergey Lavrov fevralın 25-də bildirib ki, Moskva Ukraynanın hərbçiləri silahı yerə qoysa, onunla danışıqlara hazırdır.

Ukrayna prezidenti Vladimir Zelenski yeni müraciətində Putini “insanların ölümünün qarşısını almaq dayandırmaq üçün” danışıqlar masasına oturmağa dəvət edib.

Daha sonra məlum olub ki, Putin Çin sədri Şi Tsinpinlə telefon danışığında “Rusiya Ukrayna ilə yüksək səviyyədə danışıqlara hazırdır” deyib. Bu barədə RİA Novosti Çin Xarici İşlər Nazirliyinin bəyanatına istinadən xəbər verir.

XS
SM
MD
LG